Elan saytlarında vətəndaşları aldadan saxlanılıb

Bölmə: Hadisə › ,
Tarix: 11:24 13.08.2025

 

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb. 

 

"İnformator.az" DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.