Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqustun pensiyaları ödənilib

Tarix: 11:29 13.08.2025
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları ödənilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.