AMB neft-qaz sektorunda iqtisadi artım proqnozlarını açıqlayıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:09 13.08.2025

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) 1,2 % artacağını, gələn il isə 1,2 % azalacağını proqnozlaşdırır.

 

“İnformator.az" xəbər verir ki, bu barədə qurumun “Pul Siyasəti İcmalı"nda bildirilir.

 

Sənədə əsasən, ölkədə ümumi iqtisadi artımı daha çox qeyri-neft-qaz sektoru təmin edəcək. "2025-2026-cı illər üzrə iqtisadi artım proqnozunun reallaşması ev təsərrüfatlarının real istehlak xərclərinin dinamikasından asılı olacaq. Digər tərəfdən qlobal əmtəə və maliyyə bazarlarındakı qeyri-müəyyənliklər də müxtəlif kanallarla iqtisadi artım proqnozlarının reallaşmasına təsir edə bilər", - deyə icmalda qeyd olunub. Neft-qaz sektoru üzrə proqnozlar hökumətin rəsmi proqnozlarına əsaslanır.