Sabah yağış yağacaq

Bölmə: Sosial › ,
Tarix: 13:03 13.08.2025

Azərbaycanda avqustun 14-də havanın bəzi yerlərdə yağışlı olacağı gözlənilir.

 

Bu barədə "İnformator.az" a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq