Yuxusuzluq hansı problemə səbəb olur?
Bölmə: Araşdırma › ,Tarix: 22:07 08.06.2023
Alimlər müəyyən ediblər ki, yuxusuzluqdan əziyyət çəkən insanlar təxminən 10 ildən sonra insult riski ilə üzləşə bilər.
İnformator.az Medpage Today-ə istinadən xəbər verir ki, Neurology elmi jurnalında dərc olunan araşdırma çərçivəsində 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib. Orta yaş həddi 61 olan tədqiqat qrupunda olan insanların 57 faizi qadınlardır.
Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırması (HRS) məlumatlarından istifadə edərək, Vendemi Savadogo və komandası insom (yuxusuzluq) riski ilə yuxusuzluq əlamətlərini əlaqələndirib.
Virciniya Birlik Universitetindən Savadoqonun tapıntıları yuxusuzluğu olmayan insanlarla müqayisədə "yüngül" və "ağır" yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib. Savadogo şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.
Digər tərəfdən, yuxusuzluğu olmayan 50 yaşdan yuxarı insanlara nisbətən bu problemi olan 50 yaşdan aşağı insanlarda insult riskinin daha yüksək olduğu müəyyən edilib. Yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bir çox müalicənin olduğunu xatırladan Savadogo gələcəkdə insult riskini azaltmaq üçün erkən diaqnoz və müalicənin əhəmiyyətini vurğulayıb.
Yuxusuzluqdan əziyyət çəkənlərin bunu bir xəstəlik olaraq görmədiyinin vurğulayan Sawadogo, yuxusuzluq mövzusunda maarifləndirmənin vacib olduğuna diqqət çəkib.
Mikayıl