Makron və Starmer münaqişəsi koalisiyanı dağıda bilər

Bölmə: Dünya › ,
Tarix: 10:28 07.07.2025

Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Keyr Starmer arasında münaqişə Ukraynaya dəstək verən “İstəklilər koalisiyası”nın dağılmasına səbəb ola bilər.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, “İstəklilər koalisiyası”nın dəqiq istiqaməti yoxdur, çünki London hələ də ABŞ-nin həyata keçirilməyən təhlükəsizlik zəmanətlərinə çox diqqət yetirir:

 

“Öz növbəsində, Böyük Britaniyada Makronu prezidentlik müddəti başa çatdığı üçün yalnız “mirası” haqqında düşünməkdə ittiham edirlər. Makron və Starmer arasındakı münasibətlərdə “çatların” yaranmasının əsas səbəbi ABŞ-yə yanaşmadır”.

 

Qeyd olunur ki, hər iki ölkənin rəsmiləri qarşı tərəfin ABŞ prezidentinə qarşı davranışına görə getdikcə daha çox qıcıqlanır.