KEÇƏN İL 20 QƏPİYƏ İDİ, BU İL 50 QƏPİYƏ...-QARPIZ, YEMİŞİN QİYMƏTİ NİYƏ UCUZLAŞMIR?

Tarix: 19:59 11.08.2023
Avqustun ortalarına baxmayaraq, hələ də mövsümü meyvələrin qiymətlərində ucuzlaşma müşahidə olunmur. Xüsusi ilə də qarpız və yemişin. Ötən illərdə kilosu 15-20 qəpiyə təklif olunan qarpıza, indi bazarda 50 qəpikdən aşağı qiymətə rast gəlmək olmur. Alıcılar deyirlər ki, əslində bu vaxtlar qarpız-yemişin bol vaxtı olduğundan qiymətlər münasib olmalıdır. Satıcılar isə qiymət artımının səbəbini bu il məhsuldarlığın zəif olması ilə əlaqələndirirlər. “Yerindən bugünkü gün götürülmüşdü 35 qəpiyə, amma hazırda heç 40 qəpiyə yerində də yoxdur. İndi bu dəqiqə 45 qəpik olub yerində. Yəni onun da bura gəlməsi belə çıxır, satışı 50-60 qəpik olur”.
İqtisadçılar isə deyirlər ki, yerində qiymətin baha olmasına səbəb fermerlərin xərclərinin artmasıdır. Eyni zamanda fermerlər yerli bazardan daha çox xarici bazara üstünlük verirlər. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, inflyasiya var, fermerlərin də xərci artıb. “Fermerlər də dəyərini itirən pul müqabilində daha çox nominal gəlir istəyirlər. Bu səbəblərdən biri. İkinci səbəb də bilirik ki, meyvə-tərəvəzin əsas bazarı Azərbaycanla yanaşı MDB ölkələridir. Rusiya, Belarus Azərbaycan məhsullarının intensiv alıcılarıdır. Sezon vaxtı əgər fermerlər öz məhsullarını xaricə ixrac edə bilirlərsə, artıq satış probleminin altında qalmırlar”. Ekspert onu da əlavə etdi ki, ixrac artıqca, yerli bazarda məhsul azalır. Bu da qiymət artımını qaçılmaz edir.
LAMİYƏ

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.