Yaradıcı insanların 5 xüsusiyyəti

Bölmə: Araşdırma › ,
Tarix: 21:05 10.10.2023

1.Bəzən səhv başa düşülürsünüz.

Fərqli düşüncəyə sahib olmaq, yaradıcı bir zəkaya nə qatır? Bir şeylər haqqında fərqli düşünmədən, yeni fikirlər və yaradılanlar reallaşmazdı. Gördüyümüz hər şeyi düşünmə formamız vasitəsilə dərk edirik və bu cəmiyyətin qaydalarına qarşı ola bilər. İnsanlar bu səbəbdən dolayı bizi mühakimə edər, ya da düşündüyümüz, hərəkət etdiyimiz yollarda bizi səhv başa düşərlər. Hər səhv anlaşılma təcrid olunma və ya qəbul edilməmə ilə nəticələnər. 


2.Mən mərkəzlisiniz.

Bu lovğa və eqoist olmaq mənasına gəlmir. Daha çox öz hislərinizlə, öz vəziyyətinizlə əlaqəli olmaq deməkdir. Bu qaçınılmaz olaraq çox düşünmə problemininə və bir hadisənin gələcəkdə ortaya çıxması ehtimalına görə təşvişə düşməyə yol açar. Yaradıcı insanlar, özlərini daim mühakimə edərlər. Bəzən normaldan artıq duyğularla özlərini mühakimə edərlər.

3.Dünyanı dərk etmə formanız digər insanlardan fərqlidir.

Yaradıcı biri olmaq üçün,  ilk öncə qavrayış və baxış bucağınız fərqli prespektivə malik olmalıdır. Nələrisə başqalarından fərqli şəkildə görmək, başqalarından özündən təcrid etmək kimi əsəb yaradıcı bir hiss oyandırır.

4.Reallıqdan ziyadə xəyal gücü üzərinə olan düşüncələrə daha çox diqqət etmək.

Xəyal gücü, yaradıcı zəkaya güc verir. Hamımız öz həqiqətimizi yaşayırıq, ancaq son dərəcə yaradıcı insanların alternativ həqiqətləri var. Bu xeyirli olduğu qədər, ziyanlı ola bilir.

5.Başqalarından daha aktiv tənqid eşitmək istəyi.

Fikirlərinizi və xəyallarınızı daima ortaya qoyaraq, bunu etməyən insanlara görə daha çox tənqid məruz qala bilərsiniz. Bəlkə də bu təcrübələrinizə necə baxdığınızı bağlıdır. Bir çox yaradıcı insan kifayət qədər yaxşı olmadığı üçün özgüvən və duyğu əksikliyi yaşayır.

Həcər Əmiraslanlı