Zehni yorğunluğu aradan qaldırmağın 4 yolu

Bölmə: Araşdırma › ,
Tarix: 22:32 11.10.2023

Zehni yorğunluğun səbəbləri

Nəyinsə səhv getməsinin mütləq nəticəsi psixi yorğunluq deyil, hər hansı üzüntü də səbəb ola bilər, bir çox mövzunun üst-üstə yığılması ola bilər. Çatdıra bilmədiyimiz işlərin çoxluğu (kifayət qədər zamanın olmaması). Çoxlu fasilə tələb edən işlər, tələbatların çoxluğu və diqqət paylanmasının çoxalması. Bir çox işə fasilə etmədən davam etmək.

Tapşırıqların və fəaliyyətlərin səviyyəsi, bizim stressin öhdəsindən gəlmək qabiliyyətimizi keçəndə, psixi yorğunluq bizi geri atır.

Bəzən psixi yorğunluq sağlamlıq problemlərindən qaynaqlana bilər. Depresiya, ürək xəstəliyi, xroniki xəstəlik, autoimmune xəstəliyi, yuxusuzluq (insomnia) xəstəliyi, yaxud çətin yuxuya getmə psixi yorğunluğun səbəbi ola bilər. Buna həkiminizin baxmasının faydası var.

Günün tələbatının öhdəsindən gəlmək qabiliyyətimiz aşağı olanda, bizdə psixi yorğunluq olur. Buna görə də, sağlam qərar vermək, tapşırıqlara diqqət cəmləmək və sakit qalmaq çətinləşir. Bu həmçinin emosiyalarımızı nizamlamaqda çətinlik yaradır. Həddindən artıq iş nəticəsində, psixi yorğunluqda fiziki yüklənmə, stresslə bağlı xəstəlik və tükənmişlik halı üstünlük təşkil edə bilər. Lakin sən tezliklə niyə yorğun hiss etdiyini analiz edəcəksən, bərpa üçün müəyyən addımlar atacaqsan və tezliklə yaxşı hiss edəcəksən.

Zehni yorğunluğun əlamətləri:

Zehni yorğunluğu bir çox yolla aşkara çıxarmaq olar.

- Fiziki yorğunluq. Sən bədənində yorğunluq hiss edirsən və vaxtının çox hissəsini masanda oturaraq keçirirsən.

- Səbrsizlik və əsəbilik. Sən digərlərinə tez qıcıq olursan, bunun səbəbi əsəb və kefsizlik ola bilər.

- Diqqət cəmləməkdə çətinlik çəkirsən. İşlərini yaxud tapşırıqlarını bitirməkdə çətinlik çəkirsən. Sən ola bilər ki, qərar verməkdə, doğru sözü tapmaqda və işinə vaxtında diqqət ayırmaqda çətinlik çəkirsən.

Zehni yorğunluğu azaltmaq üçün 4 yol

Sən əldən düşmədən günlük tələbatın öhdəsindən necə gələ bilərsən? Aşağıda bu üçün 4 təklif verilib.

1. Qərarlarının sayını azalt

Biz hər gün bir çox qərar vermək məcburiyyətində qalırıq. Kathleen Vosh-ın araşdırmasına görə bizim günlük qərarların sayı artdıqca, bizim zehni enerjimiz və özünü idarə qabiliyyətimiz zərbə alır. Sonra biz qeyri-sağlam qərarlar verməyə və bizə asan olanları icra etməyə başlayırıq. Divanda uzanmağı xoşlayırıq, sağlam qidalar yerinə burgerə ütünlük veririk, icra etmək yerinə arzulamağa üstünlük veririk. Zehni enerjini nizamlamaq yollarından biri günlük qərar vermə sayına limit qoymaqdır. Hər gün eyni qayda da kofe hazırlayın. Hər çərşənbə axşamı eyni qida ilə qidalanın. Əsasları sağlamaqla günlük rejimi sadələşdirin( yaxud onları aradan qaldırın), istirahət edərkən bizim zehni enerjimiz daha çox olur.

2. Yaşıllığı seyr etməyə başla

Kiçik fasilə götür və pəncərədən boylan. Melbourne Universitetinin araşdırmasına görə sadəcə bir neçə dəqiqə yaşıllığa baxan bir çox şagirdlərin xətaları azalır və diqqət cəmlənməsi düzəlir. Dr.Keyt Li (kate lee) deyir ki, təhsil alanlar üçün kiçik fasilələr vacibdir. Biz stressli olanda yaxud psixi yorğunluq keçirəndə təbii şəkildə bunları edirsən. Ona görə ki, sən pəncərədən boylananda təbiəti axtarırsan. Bu diqqətini cəmləməkdə və iş günün üzərindən keçməkdə sənə kömək edə bilər. Belə ki, fasilə götür və yaşıllıqlara bax yaxud qəlyanatı ərzində parkda gəzintiyə çıx. Fasilə sənə işlərinə daha yaxşı diqqət cəmləməkdə və əvvəlki halına qayıtmaqda kömək edəcək.

3. Sadəcə ayağa qalx və gəz

Bir neçə tədqiqatlar göstərir ki, məşqlər(idman) diqqət cəmlənməsini artır. İyirmi dəqiqəlik məşq performansı yaxşılaşdırır və qısa, gərgin məşq sessiyası beyinə qan axını artırır, əhvalı yaxşılaşdırır, yaddaşı və yaradıcılığı artırır.

4. Vaxt ayır

Vaxt ayırmaq, fasilə etmək zehni yorğunluqla mübarizə aparmaq üçün əsas yoldur. Sən bunu ən çox məşğul olduğun gün et, müntəzəm olaraq qəlyanatı vaxtı fasilə götür, heç nə planlamadan 15 dəqiqə ayır və yürüşə çıx. Hər həftə, bəzi günlərin plansız və boş olduğuna əmin ol. Təqvimdəki bütün boşluqları doldurma. Boş vaxt zehninə istirahət verəcək, həmçinin gözlənilməz imkanların inkişaf etməyinə icazə ver.

Həcər Əmiraslanlı