Bəzi ölkələrdə yaxşı qarşılanmayan davranışlar
Bölmə: Araşdırma › ,Tarix: 21:02 12.10.2023
1. Rusiyada cüt gül yaxşı qarşılanmır
Rusiyada və bir neçə Şərqi Avropa ölkəsində cüt sayda gül vermək yaxşı qarşılanmır. Ruslar cüt sayda gülü yalnız cənazəyə aparır. Birinə gül verəcəksinizsə, tək sayda olmasına diqqət edin.
2. Çində göz təması qurmayın
Bir çox ölkədə göz təması qurmaq yaxşı qarşılansa da, Çində yaxşı qarşılanmır. Çində göz təması hörmətsizlik sayılır. Xüsusilə, böyük biri ilə gös təması qurmaq qeyri-mədəni hərəkət sayılır. Çox vaxt meydan oxuyan və əsəbləşən biri göz təması qurur.
3. Taylandın kral ailələrin üzvlərinə hörmətsizlik etməyin
Krallıq ailəsinin üzvlərinə hörmətsizlik etsəniz, cəza ala bilərsiniz. Bundan əlavə, pul vahidlərinin üstünə ayağınızı qoysanız, buna çox əsəbləşərlər. Pul vahidində kralın şəkli var.
4. Norvecdə kilsəyə getməkdən danışmayın
Norvecdəki insanlara kilsəyə nə qədər getdiyini soruşmayın. Xalqın çox az hissəsi kilsəyə gedir.
5. Hindistan məbədlərinin və evlərinin içinə ayaqqabı ilə girməməlisiniz
Hindistanda məbədlərə girərkən, ayaqqabılarınızı çıxarmalısınız. Bundan əlavə, qonaqlığa getdikdə, ev sahibi əksini demədiyi halda ayaqqabılarınızı çıxarın.
Həcər Əmiraslanlı