Yuxu haqqında bilmədiyiniz məlumatlar
Bölmə: Araşdırma › ,Tarix: 21:35 12.10.2023
1. Yuxuda gördüyümüz üzlər
Yuxuda gördüyümüz insanları tanımadığımız hallarla rastlaşırıq. Əslində realda gördüyümüz insanları yuxuda görürük, üzləri anıya bilməsək də.
2. Bir çox insan yuxularını xatırlamaz
Bir gecədə birdən çox yuxu görürük. Fəqət insanların təkcə 5%-i gördüyü yuxuları xatırlayır. İnsanların 95%-i oyandıqdan sonra yuxusunu unudur.
3. Bəzi insanlar ağ-qara yuxular görər
Uşaqlıq dövründə ağ-qara televizor izləmiş şəxslər yuxularını ağ-qara formasına görə bilir. Bu şüuraltı ilə bağlıdır.
4. Heyvanlar da yuxu görür
Heyvanların çoxu yuxu görür. Heyvanların da yuxuları gündəlik həyatlarındakı fəaliyyətlərdən ibarət olur. Bunu yuxuda olarkən bədənlərinin hərəkətlərindən görə bilərsiniz.
5. Qadınların və kişilərin yuxuları fərqlidir
Qadın və kişilərin yuxularında fərqliliklər var. Məsələn, kişilərin yuxularında daha çox şiddət və dava, qadınlarda isə daha həssas təcrübələr olur. Təbii ki, bu insandan-insana dəyişir.
Əli Məmmədli
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi