Qadın beyni kişi beynindən necə fərqlənir?
Bölmə: Araşdırma › ,Tarix: 22:00 12.10.2023
Alimlər bildirirlər ki, onlar yalnız insan beynini deyil, həmçinin kişi və qadın beyni arasında olan fərqin nə olduğunu aşkar edə biliblər. Bu Beynəlxalq institutun mütəxəssislərinin keçirdikləri irimiqyaslı tədqiqatın hesbına baş verib. Tədqiqat nəticəsində yalnız qadın və kişi beyninin fərqli olması deyil, həm də bu fərqin nə olması da aşkar olunub.
İnstitut işçilərinin apardığı testləşdirmə zamanı yaş dövrü 50 və daha artıq olan 13 Avropa ölkəsindən 31 000 - ə yaxın insan iştirak edib. Bütün yaş qruplarından olan kişilər riyaziyyat üzrə olan testlərdən daha uğurlu nəticə göstərə biliblər.
Yaddaş üzrə keçirilən testlərdə isə nəticələr demək olar ki, eyni olub. Şimali Avropa ölkələrində yaşayan xanımlar həmin bölgədə yaşayan kişilərə nisbətən daha bacarıqlıdırlar. Əksinə, Cənubi Avropa ölkələrində yaşayan bəylər isə bu bölgədə yaşayan xanımları bacarıqları ilə üstələyirlər.
Alimlər belə bir qənaətə gəliblər ki, həyat tərzini yaxşılaşdırdığı halda qadınlar kişilərə nisbətən həyatda daha məhsuldar və əhəmiyyətli olurlar.
Qidalanmaq işində isə qadınlar kişilərdən öyüd götürməldirlər - bu sözlər amerikalı dietoloq Cim Vayta məxsusdur. O məsləhət görür ki, qadınlar qidalanarkən yaxşı olar ki, tort əvəzinə steyk yesinlər, yaxud da müxtəlif şirin kokteyllər əvəzinə şərab yaxud da viski içsinlər.
Mütəxəssis apardığı təcrübələr əsasında belə qənaətə gəlib ki, kişilər pəhriz saxladıqları zaman kaloriləri saymırlar, lakin, bunun əvəzində daha faydalı məhsulları seçməyi və yeməyi üstün bilirlər. Bəzi xanımlar arıqladıqları zaman tamamilə dietik və yağsızlaşdırılmış məhsullardan istifadə edirlər. Kişilər isə şirniyyat məmulatlarının sayını azaldır, lakin ət və süd məhsullarından və ormal yağlı məhsullardan imtina etmirlər. Bunun da nəticəsində kişilər artıq çəkilərindən daha effektiv şəkildə azad olur və əzələ kütləsi yığaraq formaya düşə bilirlər.
Bu istiqamətdə kişilərin etdiyi daha doğru yollardan biri də odur ki, kişilər arıqlamaq istədikləri zaman fikirlərini daha çox qida və pəhrizlərdə yox, idman və aktiv hərəkətlərdə cəmləyirlər ki, bunun da nəticəsində daha təsirli çəki atmağı bacarırlar. Qadınlar isə tam əksinə, kaloriləri sayaraq bu yolda kişilərdən geridə qalırlar.
Həcər Əmiraslanlı