Başqa ölkələrdə sizi utandıracaq davranışlar
Bölmə: Araşdırma › ,Tarix: 18:20 13.10.2023
1. Yaponiyada bəxşiş vermək
Yaponiya ərazisində bəxşiş vermək, yaxşı qarşılanmayan hərəkətdir. Ofisiantların maaşını tam aldığını və bəxşişə ehtiyac olmadığını bildirirlər.
2. Fransada hesabı bölüşmək
Fransızların çoxu pulla bağlı danışmağı sevməz. Ona görə də, hesabı kimin ödəcəyi ilə bağlı münaqişələrə qarşıdılar. Təbii ki, böyük qrupla restorana getmisinizsə, hesabı bölüşmənizdə heç bir problem yoxdur.
3. Yunanıstanda əl yelləmək
Yunanıstada əl yelləyərək verilən salam "xeyr, mən almayım.." mənasına gəlir. Xoş qarşılanmır.
4. Hindistanda qarşı cinsdən birinə toxunmaq
5. BƏƏ - də başqasının şəklini icazəsiz çəkmək
Bir dostunuzun və ya tanımadığınız birinin şəklini çəkirsinizsə, bu hal böyük qanunsuzluq sayılır. Çəkdiyiniz şəkli sosial mediada paylaşmaq 6 ay həbs cəzası və ya 136 min dollarlıq cəzadır.
6. Hollandiyada velosiped yolunda yerimək
Hollandiyada velosiped ən çox istifadə edilən nəqliyyat növüdür. Yerimək üçün piyada yolundan istifadə etməlisiniz.
7. Sinqapurda quşları bəsləmək
Siqapurda quşlara yemək vermək, xalqa açıq olan yerdə saqqız çeynımək pul cəzası deməkdir.
Həcər Əmiraslanlı