STRESSDƏN NECƏ QURTULMAQ OLAR?

Bölmə: Araşdırma › ,
Tarix: 22:06 13.10.2023

"Stress daim bizlə birliktədir. Vəziyyətə bağlı olaraq dəyişə bilir'' fikrini deyən klinik psixoloq Lalə Ələkbərova stresslə bağlı geniş məlumat verib.

 

"O həyatımıza rəng qatan təsirli bir vasitədir.İstər olimpiyadalara qatılan atletlər, rekord qıranlar, istər aktyorlar səhnə məşqlərində, ən yüksək uğuru göstərənlər, bunlar hamısı yüksək performansları ilə tamaşaçı önünə çıxmağın göstərdiyi stress sayəsində qovuşurlar. Həm pozitif, həm neqativ stressə qarşı bizim fizioloji reaksiyalarımız bir-birinə bənzəsə də hadisələri mülahisə etməyimiz isə geniş miqyasda dəyişiklik göstərir".
Psixoloq stressi 5 kataqoriyada dəyərləndirir. "Stresslə mübarizə aparmaq üçün stressi sosial, emosional, ruhi, zehni və fiziki olmaq üzrə 5 kataqoriyada dəyərləndirməliyik. Əgər qəzəbləndiyiniz bir hadisəyə başınız ağrıyaraq reaksiya verirsinizsə ağrı sizin yuxunuzu böləcək, yuxusuz qalmağınızda ruhi halınıza pis təsir edəcək. Bu da gün ərzində işinizi idarə etməyinizə mənfi təsir edərək bir stress faktoru olacaq. Məsələn, çətin bir layihə üzərində çalışarkən sıxıntıya girdinizmi? Ailənizlə mübahisə etdikdən sonra depressiyaya yaxalandınızmı? və ya günahkarlıq duyğusuna qapıldınızmı? Bu halda stress yaradan hadisə bizi mücadələyə dəvət edər. Aşırı stresə məruz qaldıqda qüvvətimiz və dayanma gücümüzdə aşırı dərəcədə artır.Ən bəsit ifadəylə desək istəklərimizə qarşı göstərdiyimiz reaksiyalarımızdır. Həqiqətdə isə stress bizim aşırı duyğularımız və istəklərimiz nəticəsində ortaya çıxan hadisələrə qarşı bizim göstərmiş olduğumuz reaksiyalardır. Burada stressin yaranması, dəyərləndirilməsi,stressə qarşı reaksiyamız və nəticə hər kəsə görə fərqlidir. İş həyatımızda da aşırı stressə məruz qaldığımızda başqa sindromlara yol aça bilir. Gözlənilməyən stress faktorları məsələn:sevdiyiniz bir insanın ölümü, yaralanma halları, qəza, təbii fəlakətlər, şiddət, təcavüz, böyük stress qaynağıdır.Birinə aşiq olmaq və ya eşqin bitməsidə stress yaradan faktordur.

 

Lalə Ələkbərova stresslə mübarizə haqqında açıqlama verib.
"Stresslə necə mübarizə aparaq?
1.Öncəliklə realda sizi stress yaradan hadisələri düşünün və yazın.
2.Daha sonra harada,nə zaman bu streslərə məruz qalırsınız?
3.Müəyyən etdiyiniz stressli halları necə aradan qaldıra bilərsiz deyə düşünün.
4.Öncəliklə nəfəs texnikaları öyrənin və proqressiv əzələ çalışması,rahatlaşdırıcı meditasiyalar,avtohipnoz(öz-özünə hipnoz),yürüyüş,təmiz havada olmaq və ən az 30 dəqiqə yürüyüş,yumor yaradan videolar izləmək,sevdiyiniz məkanlarda olmaq,sevdiyiniz insanlarla görüşmək,əyləncələrə qatılmaq.
Qidalanarkən kofein,şəkər,duz,alkaqol,siqaret və s qidalardan uzaq durmaq,ara sıra sağlamlıq kontrolundan keçmək məqsədə uyğundur,keyfiyyətli yuxu-gecə yuxusunu əngəlləyən bir çox faktor vardır ki, bura davamlı yuxu dərmanı istifadə edən insanlar hansı ki insanın beynini uyuşduraraq yan təsirləri biruzə verir. Yuxu dərmanlarını istifadə etməməyinizi tövsiyə edirəm. Bunun yerinə sizi rahatladan proqressiv çalışmalar və nəfəs texnikaları öyrənmək işə yarayandır.
Duyğularımızı ifadə etməyi bacarmalıyıq.Çox vaxt qarşımızdakıları incidəcək şəkildə ifadə edirik, lakin gerçək duyğularımızı ifadə etmək hər zaman asan deyil. Çox vaxt gerçək duyğuları ifadə etməkdə çətinlik çəkirik, çünki,uşaqlıqdan etibarən duyğularımızı basdırmağı öyrədiblər.
Duyğularınızı kəlmələrə tökün ,bunu edərkəndə "Siz" kəlməsini deyil,  "Sən" kəlməsini istifadə edin".

 

Müsahib qeyd edir ki,
Qəzəblənmək ən çox yayılmış duyğudur və özümüzü qoruma mexanizimlərimizdən biridir. Stressi pozitiv bir duyğuya çevirən insan müəyyən metodlarla sakitləşməyə və təmkinli olmağa çalışa bilər.Bu zaman öz-özünə bir neçə dəfə sakit ol deyərək dərin-dərin nəfəs alıb verə bilər.
Gözləmədiyimiz stress faktorlarımızın ortaq nöqtəsi bunların kontrolundan xaric baş verməsidir.Bir insanın qisməti özünün kontrolundan xaric imiş kimi görünür.Həyatda stress altında qalmağımızın və bunlarla mücadələ etməyimizin əsas təməli, bizlərin heç olmasa müəyyən yerə qədər həyatımızı kontrol etməyi istəməyimizdir. Həqiqətdə isə stresslə qarşılaşdığımız zaman onunla mübarizə apara bilmək və yaradıcı olmaq üçün lazımi, zehni və mənəvi qaynaqlara sahibik. Bizim məhdudiyətli və dəyişməz sandığımız davranış tərzimizi aşaraq çox stressli zamanlar belə səbirli, təmkinli və dayanıqlı şəkildə yaşamağa dəvam edə bilərik.Yuxarıda saydığımız metodları dırnaq arası yanaşmadan güc qaynaqlarımızı aktiv tutaraq bir rutin halına gətirib stressimizi idarə etməklə nail ola bilərik.

 

ÇİNARƏ MURADOVA