''OXUCU TƏNQİDÇİDƏN MÜDAXİLƏ EDƏ BİLMƏDİYİ NÖQTƏLƏRİ GÖRMƏK İSTƏYİR''-QULU MƏHƏRRƏMLİ

Bölmə: Araşdırma › ,
Tarix: 21:09 16.10.2023

"Hər adamın işi deyil, siyasi prosesləri təhsil etsin. Siyasi prosesləri təhlil etmək üçün öncə həmin ixtisasın sahibi olmalısan. Aparılan təhlillər obyektiv, dürüst, reallıqlara uyğun olmalıdır ki, oxucu auditoriyasında doğru-dürüst qənaət yaransın" fikrini deyən Jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli ədəbi tənqidlə siyasi tənqidin fərqini açıqlayıb.

 

"Ədəbi tənqid çox konkretdir, siyasi tənqid isə daimi dəyişən prosesləri təhlik etməkdir. Azərbaycanda ədəbi tənqid kül altında qalmış közdür, onu bəzən tərpədib qığılcım oyadırlar".

 

Müsahib əlavə edir ki, oxucu tənqidçidən onun görə bilmədiyi, şüurun oyandığı və müdaxilə edə bilmədiyi nöqtələri göstərmeyini istəyir. Elə olanda oxuci ədəbi tənqidi qəbul edir, olmayanda isə adi yazı kimi baxır. "Ədəbi tənqidin hansı ixtisas sahibi olması rol oynamır, rol oynayan onun duyumudur, ədəbi-bədii zövqüdür və təhlil qabiliyyətidir".

 

ÇİMNAZ MƏMMƏDOVA