PANİK ATAK NƏDİR?

Bölmə: Araşdırma › ,
Tarix: 23:36 18.10.2023

Panik atakın əsas xüsusiyyətindən biri birdən-birə baş verən, zaman-zaman təkrarlanan və insanı dəhşətə salan güclü narahatlıq və ya qorxu hücumlarıdır.

 

Psixoloq Aidə Nəbiyeva sözügedən problemlə bağlı açıqlama edib. "Panik atak müasir dövrümüzdə nevroloji problemlər arasında müalicə olunan psixaterapiya olunan bir prosesdir. Bu ağırlaşdığı dövrdə ciddi xəstəlik sayılır. Ona görə də insanlar panik ataklı vəziyyətlə həyat qabiliyyəti və həyat şəraitini itirir. Gərginlik oranı çox yüksək olur. Dağınıqlıq və eyni zamanda həyəcan səviyyəsi panik əlamətlərin çoxalması, insanın həyat keyfiyyətini kifayət qədər aşağı salır. Bəzən ürək getməsi və mədə ağrıları müşahidə olunur".

 

SAMİRƏ KƏRİMLİ