GƏNC AİLƏLƏRDƏ BAŞ VERƏN MÜNAQİŞƏLƏRİN SƏBƏBİ NƏLƏRDİR?

Bölmə: Araşdırma › ,
Tarix: 15:45 19.10.2023

Son dövrlərdə tez-tez rastlaşılan problemlərdən biri də gənc ailələrdə baş verən münaqişələrdir.
Bu problemin səbəbi nədir?
Psixoloq Aytən Ələkbərova sözügedən məsələyə bir neçə səbəb göstərib.

 


"Gənc ailələrdə yaranan problemlərə səbəb bir-birlərini olduğu kimi qəbul etməmək, ruhən tanımamaq, görücü üsulu ilə, məcburiyyət qarşısında ailələr qurmaqdır".

 

Psixoloq buraya sosial vəziyyəti də əlavə edir. "Bir başqasının yaşadığı həyatın, biz təkrarını istəyirik. Həmin həyatın içərisində, münasibətlərin nədən qaynaqlandığını anlamırıq. Öz ailəni başqasının ailəsi ilə müqayisə etmək ən böyük söz-söhbətə gətirib çıxarır. Nəticədə problem fiziki zorakılığa gəlir çıxır, hətta kiçik ehtiyyatsızlıqdan insanların dünyasını dəyişmə halları baş verir".

 

Müsahib iddia edir ki, "hər kəsin özünə "mən psixoloqam" kəlməsini dediyi müddətcə, insanlar peşəkar psixoloq tapa bilməyəcək, aralarındakı münaqişə daha da böyüyəcək".

 

GÜNEL VERDİYEVA