"Overthinking"i (çox düşünməyi) azaltmağın yolları
Bölmə: Araşdırma › ,Tarix: 19:17 20.10.2023
Çox düşünmək heç nəyi dəyişdirmir
Mövzularla bağlı çox düşünmək heç nəyi həll etmir. Etməli olduğunuz tək şey məhsuldar düşünməkdir. Bu üsul zehni problemlərin qarşısını alır.
Boş vaxtlarınızı düşünərək doldurmayın
Boş vaxtlarda düşünmək zehni idman kimi görünə bilər. Ancaq düşüncənin səviyyəsi artırsa, düşüncələrdən xilas olmaq üçün hobbilər tapın. Özünüzü çox düşünərkən gördüyünüz vaxt, zehninizi başqa istiqamətlərə çevirin və ruhi sağlamlığınızı pozacaq vərdişlərdən uzaqlaşın.
Sosial əlaqələrinizdən qopmayın
İnsan sosial məxluqdur. Yalnız qaldıqda düşüncələr dayanmadan artar. Günümüz ünsiyyət günüdür. Düşüncələrin zehni ələ keçirdiyini görəndə sosial fəaliyyətə istiqamətlənin. Bu zehni narahatlıqdan xilas olmağa kömək edəcək və zehni meditasiya etmiş kimi hiss edəcəksiniz.
Həcər Əmiraslanlı