Meyvə və tərəvəz yemək akademik uğur üçün vacibdir

Bölmə: Araşdırma › ,
Tarix: 21:09 23.10.2023

Uşaqların həm fiziki, həm də ruhi sağlamlığı üçün qidalanmanın əhəmiyyəti hər gün daha çox vurğulanır.

 

Yeni araşdırmalar daha çox meyvə və tərəvəz yeyən uşaqların psixi sağlamlığının daha yaxşı olduğunu və bunun da akademik müvəffəqiyyətə birbaşa təsir etdiyini ortaya qoyur. İngiltərədə aparılan araşdırmada 50 məktəbdə 9000 şagirdin yeməkləri araşdırılıb. Səhər və naharda yeyilən qidalar, həmçinin uşaqların meyvə-tərəvəz yeməsi müzakirə olunub. Həm ibtidai, həm də orta məktəb şagirdləri tərəfindən yeyilən səhər yeməyi və nahar menyuları ilə kurs nailiyyətləri arasında əhəmiyyətli əlaqə tapılıb.

 

Tədqiqatın nəticələri, xüsusən də orta məktəb şagirdlərinə gəldikdə daha da mənalı oldu. Gündə beş və ya daha çox porsiya meyvə və tərəvəz yeyən uşaqlar zehni sağlamlıq baxımından ən yüksək ballara sahibdirlər. Bir çox araşdırmalar göstərir ki, yaxşı qidalanma uşaqlarda daha yaxşı zehni elastiklik ilə əlaqələndirilir.

 

Yeni bir araşdırma qidalı və meyvə-tərəvəzlə zəngin müntəzəm yeməklərin, xüsusən də orta məktəb uşaqları arasında psixi sağlamlıqla birbaşa əlaqəli olduğunu müəyyən etdi. Araşdırmanın nəticələrinə görə, ənənəvi səhər yeməyi yeyən tələbələr səhər yeməyini yalnız karbohidratla zəngin qidalarla yeyənlərlə müqayisə edilib. Tədqiqatlara görə, qida dəyəri aşağı olan qidalarla səhər yeməyini atmaq uşaqların psixi sağlamlığına da təsir edir.

 

Sayad Qoşnalıyeva

Mənbə:Habertürk