Həddindən artıq qəbul edildikdə zəhərləyə, hətta öldürə bilən qidalar

Bölmə: Araşdırma › ,
Tarix: 21:20 23.10.2023

"Hər şeyin çoxu pisdir” deyimi təkcə atalar sözü deyil. Bəzi qidalar həddindən artıq miqdarda qəbul edildikdə zəhərləyə, hətta öldürə bilər. Həddindən artıq istifadə edildikdə zəhərləyə biləcək qidaları təqdim edirik.

 

YETİŞMƏMİŞ ŞAFTALILAR

Həddindən artıq qəbul edildikdə ishal kimi xəstəliklərə səbəb ola bilər.

 

YETİŞMƏMİŞ ƏRİK

Ərik həddindən artıq istifadə edildikdə ishala səbəb olur, böyrəklərdə yükü artıra bilir. Allergik reaksiyalara da səbəb ola bilər.

 

BANAN

Kaliumla son dərəcə zəngin olan bananın həddindən artıq qəbul edildikdə ürəyə zərər verə və əzələ zəifliyinə səbəb ola bilər.

 

QƏHVƏ

Gündə 3 stəkandan çox qəhvə içmək məhsuldarlığa mənfi təsir göstərə bilər. 5 stəkandan çox qəhvə istehlakı osteoporoza səbəb olur.

 

DUZ

Həddindən artıq duz istifadəsi qan təzyiqinə təsir göstərir. Orqanizmdə artıq su saxlamağa, ürək çatışmazlığına və böyrək xəstəliklərinə səbəb olur.

 

ALMA TOXUMLARI

Alma toxumu özlüyündə zərərli olmasa da, çeynədikdə və ya zədələndikdə hidrogen siyanidə çevrilə bilir.

 

ŞOKOLAD

Şokolad həddindən artıq istehlak edildikdə böyrəklərə, beyin funksiyalarına və ürəyə zərər verir.

 

SU

Çox su içmək böyrəklərin həddindən artıq işləməsinə səbəb olur. Bədənin ehtiyac duyduğu natrium və kalium kimi bir çox mineralın tarazlığını pozur.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aydan Qasımova