BİZ "BİZ" EDƏN NƏDİR?
Bölmə: Araşdırma › ,Tarix: 21:27 23.10.2023
Bizi biz edən nədir? Heç özünüzə bu sualı vermisinizmi? Bizi biz edən şeylər əvvəlcədən müəyyənləşib, yoxsa xarakterik xüsusiyyətlərimizi ətrafda gördüklərimizlə müəyyən edirik?
Düşünürəm ki, ətrafdan gördüyümüz şeylər bizi kim olduğumuza daha təsirli edir, məsələn; Hər insan saf xasiyyətlə doğulur, içində heç bir pislik yoxdur, lakin bəziləri böyüdükdə olduğu kimi olmağı seçmir və bunun əsas səbəbi də hər an gördükləri və yaşadıqları hadisələrdir, yəni xarakterik xüsusiyyətlərimizi müəyyənləşdiririk və bu xüsusiyyətləri müəyyənləşdirərkən nəyin yaxşı və ya pis olduğunu diqqətlə müəyyənləşdirib həyatımızda yaxşı vərdişlərimizi önə çıxarmağa çalışmalıyıq.
Təbii ki, genetik xüsusiyyətlərimizin də təsirli olduğunu deyə bilərik. Emosionallığımız, qəzəbimiz və daxili hisslərimizin çoxu anadangəlmədir, lakin bizi biz edən bunlar deyil, dəyişdirə və dəyişə biləcəyimiz xüsusiyyətlərdir. Pis cəhətləri yaxşı tərəflərə çevirir. Ümumiləşdirsək, bizi biz edən kənardan gördüklərimizdir, ona görə də biz öz hərəkətlərimizi ağıllı seçməli, yaxşı ilə pisi ayırd etməli, sadəcə olaraq “bu mənim taleyimdir” deməklə kifayətlənməməliyik.
ÇİNARƏ MURADOVA