Məzənnə inzibati qaydadan asılıdır

Bölmə: İqtisadiyyat › ,
Tarix: 23:19 28.11.2023

Azərbaycan manatının məzənnəsi inzibati qaydada tənzimlənir. Heç bir iqtisadi institut, heç bir beyin mərkəzi bunu açıq şəkildə hesablayıb proqnoz verə bilməz. Proqnoz iqtisadi göstəricilərdir.

 

Yəni dünyada gedən iqtisadi problemlərə, iqtisadi vəziyyətə görə müəyyən proqnozlaşdırma mümkündür. Bizdə isə qərar inzibati verilir, sabit məzənnə rejimi inzibati qaydada saxlanılır, ona görə də məzənnə inzibati qaydadan asılı olur. Sadəcə beynəlxalq beyin mərkəzləri və iqtisadi qurumlar Azərbaycanla bağlı proqnoz verərkən yeganə amil olaraq nefti nəzərdə tuturlar. Və yaxın gələcəkdə də Azərbaycanda neftin hasilatının düşəcəyi proqnozlaşdırılır və neft qiymətlərinin də kəskin artmayacağı proqnozlaşdırılır və buna görə də onların araşdırmalarında Azərbaycan manatı ilə bağlı ucuzlaşma proqnozları öz əksini tapır. Bu da normaldır çünki məzənnəni uzun müddət sabit saxlamaq mümkün deyil, yəni Azərbaycan 2005-2015-ci illərdə sabit məzənnə rejimini on il saxladı. İndi də 9 ildən artıqdır ki artıq mövcud rejim qalır,lakin müəyyən müddət sonra buna da dəyişiklik etmək lazım olacaq,bu qaçılmazdır.

 

İqtisadçı Natiq Cəfərli