Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib-Mikayıl Cabbarov
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:05 04.12.2023
"Bu gün dünya iqlim dəyişikliyi üzrə beynəlxalq təşəbbüsdə müəyyənləşdirilən prioritetlərə nail olmaq istiqamətində problemlərlə üzləşir. İqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, bərabərsizlik və yoxsulluq ilə müşayiət olunan COVID-19 pandemiyasının davamlı təsirləri yaşıl və dayanıqlı iqtisadiyyata keçid üçün böyük maneələr yaradır. Buna baxmayaraq Azərbaycan bu sahədə uğurlu addımlar atır".
İnformator.az xəbər verir ki, bu sözləri İqtisadiyyat Naziri Mikayıl Cabbarov Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.
"Neft və qaz hasil edilərkən əmələ gələn metan tullantılarının azaldılması üçün bir sıra texniki, texnoloji tədbirlər, səlmayələr həyata keçiriləcək. Bu da da öz növbəsində, həm ölkəmizdə olan iqlim mövzularına diqqətini əks etdirir, həm də ki, bu qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir”.
İqtisadiyyat naziri onu da bildirdi ki, günəş və külək enerji stansiyalarının tikilməsi barədə Azərbaycanın dünyanın müxtəlif şirkətləri və sərmayədarları ilə razılığı var.
“Ən son sənədi 2023-cü ilin oktyabr ayında “Masdar” şirkətinin iştirakı ilə Socar şirkətinin iştirakı ilə toplam gücü 1 qiqavat malik olan günəş və külək stansiyalarının tikilməsidir. Və düşünürük ki, ölkəmiz özlərinə götürdüyü hədəfləri və yaxud hədəflədiyi göstəriciləri 2030-cu il üçün toplam enerji balansımızda bərpa olunan enerji mənbələrimizin hədəflərə çatdırılması məqsədini vaxtından öncə yerinə yetirəcək”.
Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat nazirlərinin sonuncu Bakı görüşünü xatırladan Mikayıl Cabbarov vurğulayıb ki, bu regional əməkdaşlığı gücləndirəcək.
“Görüşün əsas müzakirə mövzusu Azərbaycanda və Mərkəzi Asiya ölkələrində istehsal olunan enerji mənbələrinin ixracı və mübadiləsi imkanları, Xəzər dənizinin sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr olub”.
Lamiyə