Yeni il gəlir-Qiymətlər yenə artacaq?
Bölmə: İqtisadiyyat › ,Tarix: 23:08 08.12.2023
Yeni ilin yaxınlaşması ilə əlaqədar şəhərin müxtəlif yerlərində qurulan yarmarkalar və mağazalarda şam ağaclarının, digər yeni il aksesuarlarının bahalaşmasının şahidi oluruq. Bu zaman cəmiyyət müəyyən situasiyalar yaranır ki, bayramdan sonra istifadə olunmayacaq əşyaların qiymətinin bu qədər baha olmasına səbəb nədir?
Mövzu ilə əlaqədar iqtisadçı-ekspert Xalid Kərimli İnformator.az-a açıqlama edib. Ekspert bildirib ki, hər-hansı bir məhsula tələbat çoxalanda onun qiyməti də bahalaşır.
"Bahalaşmanın səbəbi isə ondan ibarətdir ki, bazar iqtisadiyyatında tələb təşkil qanunu fəaliyyət göstərir. Yəni, şam ağacına və yeni il aksesuarlarına tələbat çoxalıb, ona görə də qiymətləri bahalaşıb. Baxmayaraq ki, şam ağacı bir dəfə yəni müəyyən müddət ərzində istifadə olunur. Amma bu məhsula təlabat yüksək olduğu üçün qiymət də bahalaşır”.
Xalid Kərimlinin sözlərinə görə, bu həyatda heçnə qalıcı deyil.
“Hətta yaşadığımız binaların belə ömrü 30-40 il, yaxud 50 il müddətində hesablanır. Bu tip məsələlərdə fikirləşmək doğru deyil ki, məhsul qısa bir müddət istifadə olunacaq, amma qiyməti yüksəkdir. Bu sadəcə təlabatın artıq olmasından asılıdır".
Aydan İsayeva