Məqsədlərimiz naminə mübarizədən heç zaman vaz keçməməliyik-Erasmus qalibi Elşən Bağırov

Bölmə: Sosial › ,
Tarix: 20:02 11.12.2023

İnfomator.az" saytının "Xaricdə təhsil alan tələbələr" rubrikasının növbəti müsahibi Erasmus+ proqramının qalibi Elşən Bağırovdur.

Elşən Bağırov kimdir?


-05 noyabr 2002-ci ildə Bərdə şəhərində anadan olmuşam. 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ASOIU) və Corciya Dövlət Universiteti (GSU) arasında birgə Biznesin idarə edilməsi üzrə bakalavr (BBA) Proqramı və Fakültə Bacarıqlarının İnkişaf üzrə Tərəfdaşlıq Proqramına qəbul olmuşam və hal-hazırda ABŞ Robinson Biznes Məktəbinin Biznes İqtisadiyyatı ixtisası üzrə təhsilimi davam etdirirəm. Təhsil aldığım müddət ərzində Azərbaycanlı nümayəndə olaraq bir çox beynəlxalq layihə və konfranslarda iştirak etmək hüququm olub. Bunlardan ən əsası Avropa İttifaqının təşəbbüslərindən biri olan Erasmus+ Proqamının layihələridir ki, artıq 5 dəfə həmin proqramın qalibi olmuşam. Bununla yanaşı olaraq, Avropa İttifaqının Şərq tərəfdaşı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın real nəticələrini nümayiş etdirmək, və daha yaxşı gələcək naminə birgə işləmək məqsədi daşıyan Gənc Avropa Səfirləri təşəbbüsünün 2023-cü il seçmə mərhələsinə əsasən Gənc Avropa Səfiri kimi seçilmiş gənclərdən biri də mən oldum.

 

Beynəlxalq layihələrin üstünlükləri nələrdir?

 

-İştirak ediyim hər bir yerli və ya beynəlxalq layihələr özlüyündə mənə bir çox yeniliklər və təcrübələr qazandırıb və təhlilərim nəticəsində onları 3 əsas fakta əsaslandıraraq bildirirəm:


-  Ən əsası baxış bucağının dəyişməsi, beynəlxalq layihələr gəncləri müxtəlif perspektivlər və iş üsulları ilə tanış edir, əlavə olaraq onların səyahət ediyi ölkələr haqda anlayışlarını genişləndirir və daha çox şəxsi inkişafı təşviq edir.


- Gənclərin xarici dillərinin inkişafına şərait, beynəlxalq komandalar daxilində bənzər və fərqli düşüncələrə sahib şəxslərlə birgə işləyərək xarici dil bacarıqlarını öyrənmək və təkmilləşdirmək, həmçinin ünsiyyət və yeni əməkdaşlıq bacarıqlarını artırmaq üçün möhtəşəm mühitlə təmin edir.


-  Beynəlxalq layihələrin əsas məqsədlərindən biri olan peşəkar şəbəkələrin genişləndirilməsi, bu tipli layihələr gəncləri həmfikir peşəkarlarla birləşdirir, gələcək əməkdaşlıq və karyera yüksəlişi üçün unudulmaz və dəyərli əlaqələrin yaradılmasına şərait yaradır.



Azərbaycanlı gənclərin iştirak edə biləcəyi layihələr daha çox hansı ölkələrdə olur?

 

-Azərbaycan Şərqi Avropa və Cənubi Qafqaz tərəfdaş ölkəsindən biri olduğuna görə gənclərimizin Avropa İttifaqının maliyyələşdirdiyi layihlərə də birbaşa iştirak hüququ var. Məhz bunlardan ən əsası Avropa İttifaqının təşəbbüslərindən biri olan və gənclər tərəfindən daha çox tanınan Erasmus+ Proqamının layihələrdir. Bu proqram daxilindən istənilən avropa ölkəsində gənclərin müxtəlif növ mövzuların başlığı altında layihələrdə iştirakına imkan yaradılır.

 

Bir Azərbaycanlı gənc olaraq maraq, istək və davamlılıq nəticəsində Polşada ümumi 11 günlük (18-29 Aprel, 2023) Erasmus təcrübəsi yaşadım. Polşaya gedişim məhz AEGEE (Avropa Tələbələr Forumu)-nin Azərbaycandakı yerli lokalı olan AEGEE-Bakı-nın dəstəyi ilə 20-23 Aprel tarixlərində Varşavada təşkil edilmiş Regional Training Course (Regional Təlim Kursu)-da iştirakımla başladı.
Daha sonradan Erasmus+ proqramı çərçivəsində 24-26 Aprel tarixlərində Polşanın Katovis şəhərində Mərkəzi Avropanın ən böyük biznes tədbiri olan European Economic Congress (Avropa İqtisadiyyat Konqresi) tərkibində 46+ ölkə (Şərq Tərəfdaşlığı ölkələri, Erasmus+ Gənclik Proqramı ölkələri və Qərbi Balkan ölkələri)-dən 200 Gənc Lider nümayəndəsi olmaqla, Azərbaycandan seçilmiş 7 Gənc Liderdən biri olaraq 3rd European Forum of Young Leaders (3-cü Avropa Gənc Liderlər Forumu) tədbirində iştirak etdim.



Tələbələrin layihələrdə iştirakı üçün nələr lazımdır?


- İngilis dili biliyi minimum B1 səviyyəsində;
- Motivasiya məktubu, layihələrdən asılı olaraq CV;
- Sosial aktiv fəaliyyətə (tələbələr, Avropa ictimai məkanı üçün iştiraka və fəaliyyətə yad olmayanlar) sahib gənc;
- Ən əsası dəstəkləyən təşkilat (AEGEE-Bakı, NAYORA, Sağlam Düşüncə GT, Gələcəyə Körpü Gənclər Birliyi) olması;
Qeyd: dəstəkləyən təşkilat, yəni gənclərin tədbirdə iştirakına dəstək olacaq təşkilatda ən azı üzvlük və ya könüllülük fəaliyyəti olmalıdır.

 

Tələbə layihələri seçərkən əsas nələrə diqqət etməlidirlər?

 

-Layihələri seçərkən daha çox diqqət yetirilməli məqam həmin layihənin gənclərin cari ixtisası ilə necə bir əlaqəsi var və layihədən hansı bilik, təcrübələri qazana bilərlər, həmçinin layihəyə necə təsir göstərə və nələr qata bilərlər kimi faktları nəzərə alaraqdan seçim etməlidirlər. Sözsüz ki, hər bir layihə özlüyündə gənclərə yeni təcrübələr qazandırılması üçün təyin edilir, ancaq maraq və istəklərə uyğun layihə gənclərin karyerasında daha çox öz yerini tutur və gələcək perspektivlərini genişləndirir.



Tələbələr necə müraciət edə bilərlər?

 

-Beynəlxalq layihələrə görə demək olar ki, göstəricilər dəyişir ancaq ümumi olaraq Erasmus+ Proqramına diqqət yetirdikdə, görərik ki, proqramın bir çox təşəbbüsləri fəaliyyət göstərir. Yəni, gənclərin universitetlərinin daxili Erasmus Mübadilə proqramları var ki, müəyyən semestr dövrü ərzində Avropdakı universitetlərdə təhsillərini davam etdirə bilərlərlər və universitet daxili müraciətləri zaman proqramın tələblərinə əsasən ÜOMG təyin edilir  (əsasən min. 80+ ÜOMG olmalıdır.)
Digər tərəfdən əgər gənclər universitetdən kənar bu kimi layihlərə müraciətlər etmək istəyirlərsə, tələblər hissəsində qeyd etdiyim kimi hal-hazırda gənclər təşkilatları aktiv şəkildə fəaliyyət göstərir ki, bu da gənclər üçün yeni fürsətlər və beynəlxalq səviyyədə təcrübələr qazanmasına şərait yaradır.



Semestr ərzində xaricdə müxtəlif proqramlarla iştirak edən zaman universitet təhsilində təsiri necə olur?

 

-Univeristet daxili mübadilə ilə xaricdə semestr təhsilinə müraciət zamanı gənclərin təhsillərini davam etdimək istədikləri universitetlərdə olan fənn kreditlərinin və ya fənnlərin üst-üstə düşmədiyi zaman artıq kəsrlər yaran bilir və həll yolu olaraq belə bir hal baş verdikdə birbaşa fakültə dekanlığı ilə əlaqə saxlanılmalıdır. Bununla yanaşı olaraq, kəsrlərin ödənilməsi prosesi universitetlər daxili dəyişildiyi üçün bu məsələ xaricdə təhsili davam etdirilmədən əvvəl və ya sonra da həll edilə bilər.

 

Əlavə olaraq, universitetdən kənar xaricdə qısa və ya uzun müddətli layihlərdə iştirak etmək üçün universitetdən icazənin alınması vacibdir, buna görə layihənin tarixlərini göstərən ərizə yazılmalı və öz təstiqini tapdıqdan sonra heç bir problem olmadan rahatlıqla qəbul adığınız layihədə iştirak edə bilərsiniz.


Ən əsası unutmayaq ki, gələcəyimizi məhz biz gənclər qururuq buna görə də, məqsədlərimiz naminə mübarizədən heç zaman vaz keçməməyi və baş verəcəkələri ən pis halda təcrübə kimi qəbul edərək yolumuza davam etməliyik. Sizlərə bol hədəfli və məqsədli yol arzu edirəm!



Asiman Hafizqızı