Növbəti il maaşlara artım gözlənilir mi? -İqtisadçıdan AÇIQLAMA
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:35 11.12.2023
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirdiyi məlumata görə, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesindən keçmiş 5 246 müəllimin vəzifə maaşına 35 faiz, 17 914 müəllimə isə 10 faiz artım tətbiq olunub.
Bəs, növbəti il başqa peşələr üzrə maaşlar və təqaüdlər arta bilər?
İqtisadçı ekspert Natiq Cəfərli sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edib.
Ekspert qeyd edib ki, gələn ildən bir çox təqaüdlərin və maaşların indeksləşməsi gözlənilir.
" Təqribən 5-10% civarında peşə istiqamətindən və maaş həcmindən asılı olaraq indeskləşmə olacaq.
Gələn ilin əvvəllərində bu ödənişlərin həcmi və dəqiq məbləği müəyyənləşdirilməsi güman edilir. Çünki büdcə yeni qəbul olunub".
Ekspert əlavə edir ki, Maaliyyə Nazirliyi büdcənin bölüşdürülməsi ilə bağlı protokolları qəbul etməlidir və güman edilir ki, Azərbaycan Respublikasının Prezidentinin və ya Nazirlər Kabinetinin bununla bağlı fərmanı da olacaq.
" Buna görə də yüksək ehtimalla dövlət büdcəsindən maaliyyəşən maaş alan şəxslərin maaşlarında və təqaüdlərində 10 % civarında artım müşahidə olunacaq".
Nəzrin Mirzəyeva