Özbaşına dil öyrənmək bu addımlarla mümkündür
Bölmə: Araşdırma › ,Tarix: 22:32 15.12.2023
İstənilən xarici dili öz səylərinlə öyrənmək, həqiqətən də mümkündür. Hədəf dilinin ingilis dili və ya başqa bir xarici dil olmasından asılı olmayaraq, bu 5 ipucu ilə istədiyiniz xarici dili ən yaxşı şəkildə öyrənə bilərsiniz.
1. Sadə hekayə kitablarını oxuyun
Öyrənmək istədiyiniz xarici dildə hazırlanmış sadə hekayə kitablarını oxumaq əsas qrammatika mövzularını, modalları və sual modellərini möhkəmləndirmək üçün əla qaynaqdır. O, həm də öyrənmək istədiyiniz dildə lüğətinizin sürətli inkişafında fəal rol oynayır. Belə hekayə kitablarını kitab mağazalarında asanlıqla tapa bilərsiniz.
2. Xarici cizgi filmlərinə, seriallara və ya xəbərlərə baxın
Öyrənmək üçün səy göstərdiyiniz xarici dildə müəyyən səviyyəyə çatdıqdan sonra, məsələn, A1 (Başlanğıc) səviyyəsindən sonra, sadə söhbətlərlə 2-4 yaşlı uşaqlar üçün hazırlanmış cizgi filmlərinə baxın. Lüğət və qrammatika bilikləriniz təkmilləşdikcə, yaş qrupunu artıra və daha yüksək yaş qruplarına müraciət edən və daha mürəkkəb cümlələrdən ibarət cizgi filmlərinə baxa bilərsiniz.
B1 - Orta Səviyyəyə çatdıqda xarici seriallar, filmlər, sənədli filmlər, xəbərlər və s. baxa bilərsiniz. Baxdığınız videoya orijinal altyazı ilə baxmağınız tövsiyə olunur. Bundan əlavə, baxdığınız videoların sizi maraqlandıran mövzularda olması öyrənmə sürətinizi artıracaq mühüm amillərdən biridir.
3. Öyrənmək istədiyiniz xarici dildə danışan insanlarla söhbət edin.
"Yazışma" metodu pulsuz, etibarlı və effektiv olduğundan öyrəndiyiniz dildə danışıq bacarıqlarınızı təkmilləşdirməyə çalışmağın mütləq dəyərlidir. Ən yaxşı tərəfi odur ki, dil təhsili üçün edəcəyiniz bu hərəkət sizi inanılmaz dərəcədə sosiallaşdıracaq.
4. Hər gün müəyyən sayda sözləri əzbərləyin
Bu gün müasir təhsil metodları əzbər öyrənməyə qarşı çıxsa da, yeni dil öyrənmək üçün ən böyük zərurət lüğətdir. Hər gün müəyyən sayda söz əzbərləməyi vərdiş edin və bu sözləri cümlələrdə istifadə edin. Söz əzbərləmək üçün hazırlanmış müxtəlif üsullardan istifadə edə bilərsiniz. Məsələn: Fotoşəkilli yaddaş metodu və s. Həmişə yanınızda bloknot və qələm olsun. Əgər yeni bir söz eşitsəniz və ya oxusanız, dərhal onu yazın. Sonra bu sözləri söhbətlərinizdə istifadə etməyə çalışın. Yeni idiomları öyrənin. Əksəriyyəti idiomatik dillər olan xarici dilləri öyrənməyin ən əyləncəli tərəflərindən biri deyimləri öyrənməkdir. Öyrəndiklərinizi söhbətlərinizdə tətbiq etsəniz, daha tez xatırlayacaq və danışacaqsınız.
5. İnteraktiv dil təhsili proqramından istifadə edin
Dili özbaşına öyrənmək istəyənlərə tövsiyə oluna biləcək üsullardan biri də interaktiv dil təhsili proqramlarıdır. Tələbəni təhsilin mərkəzinə qoyan interaktiv təhsil proqram təminatı dil təhsili üçün zəruridir. Eyni zamanda, oxuma, yazma, dinləmə və danışma bacarıqlarını inkişaf etdirməyi bacarmalıdır. Həmçinin təhsilin hər bir nöqtəsində şagirdi həvəsləndirməyi bacarmalı, şagirdin öyrənməkdə çətinlik çəkdiyi fənləri dərhal müəyyənləşdirməli və onlara müxtəlif məzmunlu dəstək verməlidir.
Mənbə: edumag.net
Tərcümə etdi: Məryəm Abdullazadə