Süni intellekt tənqidi düşüncəni azaldır !

Tarix: 21:30 20.02.2025
Yeni bir araşdırmaya görə, süni intellektdən istifadə artdıqca insanların tənqidi düşünmə qabiliyyətləri azalır.
Araşdırmaçılar, 319 nəfərə işlə bağlı tapşırıqları yerinə yetirmək üçün süni intellektə nə zaman və necə güvəndiklərini, bunun da onların tənqidi düşünmə qabiliyyətlərinə dair qavrayışlarını necə və nə dərəcədə təsir etdiyini öyrənmək üçün anket tətbiq ediblər. Microsoft və Carnegie Mellon Universitetinin bu araşdırmasına görə, insanlar süni intellektə nə qədər çox müraciət edirlərsə, bir o qədər az tənqidi düşüncə inkişaf etdirirlər.
Araşdırmada qeyd olunur ki, süni intellektə asılılıq, insanların tənqidi düşünmə qabiliyyətlərindən istifadə tərzini dəyişdirir və bu hallarda diqqətlərini “məlumatın doğrulanması, cavabların inteqrasiyası və tapşırıq idarəçiliyinə” yönəldir.
Bəşirova Əsmər
TRT haber