Redaktor nə deməkdir?
Bölmə: Maraqlı › ,Tarix: 13:01 21.12.2023
Korreksiya yazılı mətnə aiddir:Qrammatika, orfoqrafiya qaydaları və semantik bütövlük baxımından baxış prosesinə verilən addır. Korrektoru yerinə yetirən şəxsə korrektor deyilir. Korrektorlar korrektə edəcəkləri mətnin yazıldığı dili bilən şəxslərdir.
Korrektorlar, əsasən, yazılı mətnləri çapa hazırlamaq üçün məsuliyyət daşıyırlar. Bundan əlavə, korrektorların vəzifələri, ümumiyyətlə, aşağıdakı kimi sıralana bilər:
Yazılı mətni çap etməzdən əvvəl qrammatika və orfoqrafiya qaydaları baxımından nəzərdən keçirmək və düzəlişləri etmək,
Semantik bütövlüyü təmin etmək üçün cümlə və bölmələri nəzərdən keçirmək və lazım gəldikdə lazımi müdaxilələr etmək,
Tərcümə edilmiş mətni qrammatik, orfoqrafik və ifadə xətaları baxımından araşdırmaq, tərcümədə istifadə olunan terminologiyanın qaydalara uyğun olub-olmamasını yoxlamaq və səhvləri düzəltmək,
Lazım olduqda müəlliflə əlaqə saxlayaraq mətnin çap qaydalarına uyğun olmasını təmin etmək üçün prosesləri idarə etmək.
Mənbə:Kariyer.net
Tərcümə etdi:Sayad Qoşnalıyeva