Kollec və Universitet təhsili arasındakı fərq nədir?-Mütəxəssis açıqladı

Bölmə: Sosial › ,
Tarix: 20:16 25.12.2023

"Kolleclər orta ixtisas təhsilini, ümumi orta və tam orta təhsil bazasında ayrı-ayrı istiqamətlər üzrə orta ixtisaslı mütəxəssislərin hazırlığını həyata keçirilir". Bu sözləri İnformator.az-a açıqlamasında Təhsil üzrə mütəxəssis Elşən Qafarov deyib.

 

 

"Azərbaycan respublikasında təhsil qanununun 12-ci maddəsinə əsasən təhsil pillələri, bilik səviyyələri var. 

Ölkədə təhsilin 5 pilləsi var: Məktəbəqədər , ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil pillələri.

Ümumi təhsil pilləsi 3 səviyyəyə : İbtidai, ümumi orta və tam orta təhsil pilləsinə bölünür.

Peşə təhsili də 3 səviyyəyə: İlk peşə, texniki peşə, yüksək texniki peşə səviyyələrinə bölünür.

Ali təhsil səviyyəsi də özlüyündə bakalavr, magistr, doktorantura səviyyələrinə bölünür".

 

 

Elşən bəy bildirib ki, kolleclərdə orta ixtisaslı mütəxəssislərin hazırlığı həyata keçirilir.

"Kolleclər orta ixtisas təhsilini , ümumi orta və tam orta təhsil bazasında ayrı-ayrı istiqamətlər üzrə orta ixtisaslı mütəxəssislər hazırlığı həyata keçirir və məzunlara subbakalavr dərəcəsi verilir. Eyni zamanda yüksək texniki peşə təhsili də subbakalavr dərəcəli diplom verir və bu diplom orta ixtisasda verilmiş subbakalavr diplomuna bərabər sayılır.

Subbakalavr dərəcəli orta ixtisaslı mütəxəssis həmin diplomla əmək fəaliyyətinə də başlaya bilər eyni zamanda ali təhsil üzrə təhsilini davam etdirə də bilər".

 

 

Elşən bəy qeyd edib ki, subbakalavr diplomu şəxsin eyni ixtisas üzrə ali təhsil müəssisələrinə qəbulu  zamanı nəzərə alınır.

"Nazirlər kabinetinin 230 nömrəli qərarına uyğun olaraq. Kolleclər və yaxud yüksək texniki peşədə subbakalavr təhsili dövründə əldə edilən diplom, dərəcə tələbələrin eyni ixtisas üzrə ali təhsil müəssisələrinə qəbulu zamanı nəzərə alınır".

 

Mütəxəssis son olaraq vurğulayıb ki, ali təhsil pilləsi yüksək ixtisaslı kadrları hazırlayır və bakalavriat təhsili bitmiş ali təhsildir.

 

 

Aydan İsayeva