Yeni il gecəsi ilə Milad bayramı arasındakı fərq nədir?
Bölmə: Maraqlı › ,Tarix: 22:09 25.12.2023
İlin sonuna yaxınlaşdıqca şənliklərin həyəcanı daha da artır. Xaricdə dekabrın son həftəsində qeyd olunmağa başlayan Milad bayramının ölkəmizdəki Yeni il bayramı ilə qarışdırılması “Milad və Yeni il eyni şeydirmi?” sualını doğurur. Xəbərimizdə tez-tez bir-biri ilə qarışdırılan iki anlayışla bağlı sualları topladıq. Dekabrın 25-də qeyd olunan Milad bayramı ilə dekabrın son günü saat 00:00-da qeyd olunan Yeni il bayramı arasındakı fərqlər...
Dünyanın bir çox ölkələrində xristianlar Milad bayramını dekabrın 24-dən 25-nə keçən gecə qeyd edirlər. Yeni il gecəsi üçün geri sayım davam edərkən, bu il də Yeni il şənlikləri ilə Milad bayramı arasındakı fərq ön plana çıxıb. Beləliklə, Milad günü və Yeni il eyni şeydir? Yeni il gecəsi ilə Milad bayramı arasındakı fərq nədir? Milad və Yeni il ərəfəsi arasındakı fərq haqqında bilməli olduğunuz şey budur...
MİLAD NƏ ZAMAN QEYD EDİLİR?
Milad bayramı dekabrın 25-də qeyd olunur. Milad günü əhalinin əksəriyyətinin xristian olduğu bir çox ölkədə dövlət bayramıdır. Bundan əlavə, Hindistan və Malayziya kimi bəzi digər ölkələr də əhalinin əksəriyyətinin xristian olmamasına baxmayaraq, dekabrın 25-ni dövlət bayramı kimi tanıyır.
Milad hər il dekabrın 25-də qeyd olunur. Bayramlar Milad ərəfəsində, dekabrın 24-də başlayır və bəzi ölkələrdə dekabrın 26-da axşama qədər davam edir. Milad xristianlar tərəfindən “Xilaskar Məsih” kimi qəbul edilən İsa Məsihin doğum gününün ənənəvi olaraq qeyd edildiyi bayramdır. Erməni kilsəsi kimi bəzi şərq pravoslav xristianları Milad bayramını yanvarın 6-da qeyd edirlər ki, bu da Julian təqvimi ilə dekabrın 25-nə uyğundur. Milad bayramının əsasını qədim zamanlardan bəri qeyd olunan bütpərəst və Roma qış bayramları olan Yule və Saturnaliya bayramları təşkil edir.
Roma İmperiyası dövründə, Xristianlar bütpərəst bayramları dini bayramlar kimi qeyd etməyə başladılar ki, yerli əhali bu dini daha rahat qəbul etsin. Əslində, dini və tarixi mənbələrdə İsa Məsihin dəqiq doğum tarixi məlum deyil. Hal-hazırda Milad ümumbəşəri bir bayrama çevrilib, qeyri-xristianlar tərəfindən də qeyd olunur, dini prinsiplərdən məhrumdur və hədiyyə mübadiləsi ətrafında cəmlənir. Bu dəyişikliyin ən bariz simvollarından biri də “Şaxta baba” fiqurudur.
Milad, İsa Məsihin doğumunun qeyd edildiyi dekabrın 25-də xristian bayramıdır. Yeni il gecəsi müəyyən bir dinin bayramı deyil, dünyanın bir çox ölkələrində bir ilin sonu və sonrakı ilin başlanğıcının qeyd edildiyi gecəyə verilən addır. Yeni il ərəfəsi dekabrın 31-nə keçən gecə qeyd edilir və yanvarın 1-i bir çox ölkələrdə dövlət bayramı hesab olunur.
Mənbə: Habertürk
Tərcümə: Sevinc Yarməmmədova