Tarixdə bu gün - Nüsrət Kəsəmənlinin doğum günü

Bölmə: Mədəniyyət › ,
Tarix: 23:35 29.12.2023


Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şeirlərinə yüzlərlə mahnı yazılan Nüsrət Kəsəmənlinin doğum günüdür.

Nüsrət Kəsəmənli 1945-cı ildə Ağstafa rayonunda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olub. Tələbə vaxtı aktiv fəaliyyətinə görə qiyabi şöbəyə keçirilən Nüsrət 1960-cı illərin əvvəllərində bədii yaradıcılığa başlayır. Məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açan Nüsrət Kəsəmənlinin 150-yədək şeirinə musiqi bəstələnib. Nüsrət Kəsəmənli bədii yaradıcılığından başqa ssenari müəllifi kimi də fəaliyyət göstərib.

 

O, "Azərbaycana səyahət", "Doğma sahillər", "Dünyada yeganə" filmləri ilə Azərbaycan film sahəsində öz sözünü deyib.

 

Nüsrət Kəsəmənlinin həyat yoldaşı, Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında dosent Rəhilə Kəsəmənli informator.az-a  açıqlama edib.

" Nüsrət bir çox filmi səhnələşdirb. Amma Nüsrətin "Yaddan Çıxmaz Qarabağ" mövzüsunda bir yazısı var idi. O bu ssenarini səhnələşdirməyi çox istəyirdi. Nüsrət Qarabağ mövzusunda daim çox həssas olub. Əfsus ki, bu filmi səhnələşdirmək ona qismət olmadı".

Nüsrət Kəsəmənli 57 yaşında olanda Təbrizdə dünyasını dəyişib.

Yusif Mamedov