Bürclər necə yarandı?
Bölmə: Maraqlı › ,Tarix: 22:53 18.01.2024
Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürclərinin necə yarandığını heç düşünmüsünüzmü? Axtarış sistemlərində gündəlik ulduz falı şərhlərini axtararaq günə başlamazdan əvvəl axtardığımız bürclərin necə və haradan gəldiyini bilirsinizmi? Buyurun, budur bürclərin ortaya çıxması:
Bürclər astrologiyanın elementi hesab olunur. Astrologiya səma cisimlərinin (xüsusilə Günəş, Ay və planetlər) səmadakı mövqelərini və hərəkətlərini araşdıran və bu göy cisimlərinin insanların həyatına potensial təsirlərini anlamağa çalışan bir sistemdir. Astrologiyanın mənşəyi qədim dövrlərə gedib çıxır və bir çox mədəniyyətlərdə müxtəlif formalarda ortaya çıxıb.
Bürclər fərdlərin doğum tarixləri ilə müəyyən edilir və insanın xarakter xüsusiyyətləri, davranışları və potensial həyat hadisələri haqqında məlumat vermək məqsədi daşıyır. Ancaq astrologiya tam olaraq bir elm deyil və onun irəli sürdüyü iddialar elmi üsullarla təsdiqlənə bilməz. Buna görə də, ulduz falı çox vaxt əyləncə və ya şəxsi inkişaf məqsədləri üçün istifadə olunur.
Qərb astrologiyasının bir hissəsi olan Bürclər günəşin il boyu keçdiyi səma yolu boyunca 12 bölgəyə əsaslanır. Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar adlanan bu 12 bürc astroloji praktikaların əsasını təşkil edir.
Astroloji inanclar şumerlərə, misirlilərə və yunanlara gedib çıxır. Bürc sistemi ilk növbədə e.ə. (eramızdan əvvəl) IV minillikdə şumerlər tərəfindən işlənib hazırlanıb. Babil mədəniyyəti daha sonra bürc sistemini təkmilləşdirərək astrologiyaya çevirib, sonra isə Qədim Yunan və Roma mədəniyyətləri bu inancları qəbul edib inkişaf etdirib.
Astrologiya orta əsrlərdə Avropaya yayılıb və İntibah dövründə böyük populyarlıq qazanıb. Bu gün də dünyada bir çox insanlar astrologiya ilə maraqlanır. Lakin astrologiya elmi əsaslara malik olmasa, populyarlığını qoruyub saxlasa da, elm aləmində, ümumiyyətlə, qəbul edilməyən və astronomiyadan seçilən bir elmdir.
Mənbə: Mavi Marmara Gazetesi
Tərcümə etdi: Aydan Qasımova