Hindistanda çay mədəniyyəti
Bölmə: Maraqlı › ,Tarix: 18:11 23.01.2024
Çay Hindistanda yetişdirilən və becərilən bir bitki növüdür. Ancaq Hindistanda çay haqqında məlumat ilk dəfə eramızın I əsrində Buddist rahiblərin Boddhidharma hekayələrində rast gəlinib. Müstəmləkəçilikdən əvvəlki dövrə qədər çayın müxtəlif üsullarla becərilməsi haqqında dəqiq məlumat olmasa da, onun müxtəlif bölgələrin yerli sakinləri tərəfindən içildiyi məlumdur. Məsələn, çay bitkisinin bitdiyi bölgələrin sakinləri olan Sinqfo və Xamti tayfaları 12-ci əsrdən çaydan istifadə edirlər.
1820-ci illərin əvvəllərində Hindistanda Britaniya Şərqi Hindistan Şirkətinin yaradılmasından sonra şirkət indiki Hindistanın Assam əyalətində Singfo qəbiləsinin ənənəvi olaraq dəmlədiyi çay növündən geniş miqyaslı çay istehsalına başladı. 1837-ci ildə Yuxarı Assamdakı Çabuada ilk ingilis çay bağçası quruldu. 1840-cı ildə Assam Çay Şirkəti yerli sakinləri müqavilə əsasında işə götürərək bölgədə ticari çay istehsalına başladı. 1850-ci illərdən başlayaraq Hindistanda çay sənayesi sürətlə genişləndi və çay plantasiyaları üçün böyük ərazilər ayrıldı. 20-ci əsrin əvvəllərində Assam dünyanın aparıcı çay istehsal edən bölgəsinə çevrilir. Çayın böyük əksəriyyəti Qərbə ixrac edilir. Hindistanda çay içməyi artırmaq üçün müxtəlif şirkətlərə məxsus at arabalarında pulsuz çay nümunələri təklif olunur. Hələ 1907-ci ildə Britaniya çay şirkəti Brooke Bond çay çatdırmaq üçün at arabalarından istifadə etməyə başladı, bir az süd və şəkərlə çay içmək ənənəsini tətbiq etdi.
Hindistanda çay 6 bölgədə yetişdirilir və hər birinə bölgənin adı verilir. Bunlar Assam çayı, Darcīng (Darjeeling) çayı, Nilgiri və Sikkim çayı, Terai çayı, Doars çayıdır. Bunların hər birinin torpağa, havaya və bölgəyə görə fərqli dadı, rəngi və ətri var.
Assam çayı
Assam çayı tünd rəngdədir və kəskin dada malikdir. Assamda qış mövsümü daha mülayim olduğu üçün çayı il boyu yığmaq olar. Bununla belə, ən yaxşı Assam çayı yaz və yay aylarında musson küləkləri başlamazdan əvvəl yığılır. Mart-aprel aylarında ilk məhsulun çayı daha ətirli olur. May-iyun aylarında çayın rəngi daha tünd, sərt və acı dadı daha qabarıq olur.
Darjeeling çayı
Darcīng (Darjeeling) ən məşhur qara çaydır. Dünyadakı çay həvəskarları üçün Darcīng (Darjeeling) ən keyfiyyətli qara çaydır. Yüksək dağ yamaclarında bitən Darcīng (Darjeeling) çayı yüngül və meyvəli dada malikdir. Yazda (mart-aprel) ən yüksək keyfiyyətli məhsuldur. Bu məhsuldan alınan çay açıq rəngdədir və çiçək dadına malikdir. Bu çayı uzun müddət gözləmədən içmək lazımdır. May və iyun aylarında yığılan Darcīng (Darjeeling) çayı çox günəş aldığı üçün rəngi sıx və fındıq qoxusuna malikdir.
Nilgiri çayı
Nilgiri çayı Hindistanın cənub-qərb yarımadasının daxili hissələrində bitir. Dadında fərqli və kəskin sitrus aromasına malikdir. Rəngi qırmızı-qəhvəyidir. Bir çox ingilislər bu çayı ingilis çayı sevənlərin dadına uyğun gələndə istifadə edirlər. Ən keyfiyyətli Nilgiri çayı fevral-aprel və iyul-sentyabr aylarında yetişir.
Sikkim çayı
Sikkim çayı ümumi xüsusiyyətləri və yığım mövsümü baxımından Darcīng (Darjeeling) çayına bənzəyir. Qiyməti daha münasibdir.
Terai çayı
Terai çayı aşağı-orta keyfiyyətli çaydır. Ona görə də ixrac üçün istifadə edilmir. Daha güclü dadı olan Terai çayının yığım mövsümü və emal prosesləri Darcīng (Darjeeling) ilə eynidir.
Fatimə Mustafayeva
Mənbə: beyzaybike