"Füyuzat" jurnalının 2015 №1 (81) sayı işıq üzü görüb

Bölmə: Araşdırma › ,
Tarix: 13:44 13.04.2015

 

"Füyuzat" jurnalının 2015 №1 (81) sayı işıq üzü görüb. Jurnalı giriş sözü ilə həmişə oldugu kimi professor Teymur Əhmədov "Baş redaktordan" adlı yazısı ilə Azərbaycan təhsilinin dünəni və bugünündən maraqla bəhs edir. Professor  Kamandar Şərifovun  “Nəsrəddin Tusidən tərcümə əsərləri” adlı məqaləsində “Əxlaqi möhtəşəmi”, “Əxlaqi-Nasiri” əsərlərinin XIII ərsdə yazılmasına baxmayaraq bu gün də fəlsəfilik və ictimailiyinin ön planda olması diqqəti cəlb edir.  Əli Fərhadovun “M.Ə.Rəsulzadənin yaradıcılığında dini-siyasi məsələlər” adlı yazısı Rəsulzadənin  İslam düşmənlərinə qarşı mübarizə aparmaq, millət fərqi olmadan bütün bütün müsəlmanları birləşdirmək, müstəqilləşdirmək uğrunda olan olan səylərindən bəhs edir. Səməd Ramizoglunun “Almaniyada məktəbəqədər və ibtidai təhsil” adlı yazısı alman cəmiyyətində məktəbəqədər və ibtidai təhsilin xırdalıqlarınadək  faktlarla göstərilməsi hər bir oxucu üçün maraqlıdır. Professor Möhsün Nağısoylunun “Azərbaycan əlyazmaları Çexiya Milli Kitabxanasında” adlı yazısını ürək ağrısı ilə oxuyuruq, Azərbaycanın ən gözəl, nadir sənət əsərlərinin xaricdə-başqa muzeylərdə saxlanması hər bir oxucunu narahat edir. Muxtar Cəfərovun “Haqq yolçusu” Uca Yaradanın yaratdığı İnsan haqda  ibrətamiz bir yazıdır. Jurnal həmçinin hər sayında öz keçmişinə əlbəttə sadiq qalır. Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Füyuzatçı yazar Abdulla Şaiq” yazısı da maraqlı yazılardandır. Jurnalın daim yazarlarından olan Qərənfil xanım bu yazısında A.Şaiqin yalnız realizmə meylli olduğunu deyil, həmçinin ədibin yazılarında romantizm meyllərini açmışdır. “General Sadıq bəy Ağabəyzadənin Əli bəy Hüseynzadəyə məktubu” da səmimiyyətlə yazılmış bir məktubdur.  Şairə-publisist Gülarə Münisin 20 Yanvar şəhidlərinə həsr olunmuş “Şəhidlər dinə bilsəydi ” yazısını ürək ağrısı olmadan oxumaq olmur. Jurnalda həmçinin ən ibrətamiz və həssas yazılardan biri də Didərginin “İnsanlıq hələ ölməyib” hekayəsidir. Hekayənin olduqca maraqlı süjet xətti var. Hər bir ailənin, hər bir qəlbi sevgi ilə doldura biləcək bir yazıdır. Jurnalda ən diqqətçəkən yazılardan biri də BDU-nun böyük elmi işçisi İsmayıl Tanrıverdinin “İrəvan məscidləri ” adlı yazıdır. İsmayıl müəllim ermənilərin İrəvanda Azərbaycan məscidlərini tarixdən –içərisində insanlarla birlikdə yandırdıqlarını, onları tarixin dərin qatlarından sildiklərini, bəzilərini isə dəyişib özününküləşdirdiklərini böyük ürək ağrısı ilə qələmə almışdır.Jurnalda həmçinin Mətanət Abdullayevanın “İşıq olaq”şeiri, Əlişir Nəvai,  Con Milton haqda da kiçik məlumatlar verilmişdir.