YouTube ödənişli abunəçilərinin sayını açıqlayıb

Bölmə: Araşdırma › ,
Tarix: 18:46 07.02.2024

İnternet dünyasının vazkeçilməz hissəsi olan YouTube hər ay milyardlarla baxışa çatır və yüksək reklam gəlirləri əldə edir. Bununla belə, reklam gəlirləri şirkətin yeganə gəlir mənbəyi deyil.

 

Reklamsız YouTube təcrübəsi istəyən internet istifadəçilərinin aylıq abunə haqqı qarşılığında abunə olduqları Premium paketi şirkətin ən əhəmiyyətli gəlir mənbələri arasındadır. Platformada reklamın tezliyi artdıqca Premium paketə keçənlərin sayı da artır. Bu, YouTube Premium-a abunələrinin sayını sürətlə artırmağa imkan verir. Son rübdə çoxlu sayda yeni abunəyə çatan YouTube Premium daha bir mühüm mərhələni geridə qoydu. Ötən rübün nəticələrini açıqlayan YouTube Premium və Musiqi xidmətlərinin ümumilikdə 100 milyondan çox abunəçiyə çatdığını açıqladı. Bu o deməkdir ki, Premium istifadəçilərinin sayı cəmi bir il ərzində 20 milyon artıb. 2021-ci ilin sentyabr ayında təqribən 50 milyon abunəçisi olan YouTube Premium-un bu rəqəmi iki dəfə artırması platformanın böyümə sürətinin nə qədər təsir edici olduğunu ortaya qoyur. Görünür, son aylarda olan qiymət artımı Premium istifadəçilərinin premium hesablarını ləğv etmək qərarına gəlməsi üçün kifayət etməyib.

 

Aydan İsayeva