Azərbaycan "EMITT-2024" sərgisində təmsil olunub-Ekspertdən AÇIQLAMA
Bölmə: Mədəniyyət › ,Tarix: 19:22 09.02.2024
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi ( EMITT-2024) Azərbaycanın turizm imkanları nümayiş etdirilib.
6-9 fevral tarixlərində davam edən sərgidə ölkəmizi təmsil edən turizm eksperti Ceyhun Aşurov informator.az- a sərgi, onun Azərbaycan üçün mahiyyətiylə bağlı informator.az- a açıqlama edib:
" "EMITT-2024" sərgisi 27-ci beynəlxalq sərgidir və həmişə olduğu kimi İstanbul şəhərində keçirildi, 6-9 fevral tarixlərində davam edən bu sərgidə dünyanın bir çox yerindən iştirakçılar qatıldılar və Azərbaycan da burada iştirak etdi. Digər ölkələrdən olan partnyorlarla, alım heyəti var idi. Biz də alım heyətinin arasında idik. Müxtəlif ölkələrdən olan partnyorlarla danışıldı, ölkə haqqında məlumat verildi".
Müsahib vurğulayır ki, hər zaman olduğu kimi turizm peşəkarlarının panellərdə çıxışı əsas diqqət çəkən məqamlardan idi.
"Ümumiyyətlə, panellərdə turizmlə bağlı son trendlər, mövcud vəziyyət, xüsusilə, Türkiyənin gəldiyi turizm nöqtəsi, dünya turizmində baş verənlər və gələcəklə bağlı ümidlər əsas mövzular idi.
Əlbəttə, burada dünyada baş verənləri daha yaxından izləmə imkanı yarandı".
Ceyhun Aşurov sonda əlavə edir ki, Azərbaycan "EMITT" sərgisiylə yanaşı, Hindistandakı turizm sərgisində də təmsil olunur, bu sərgilərdə iştirak Azərbaycana turizmini inkişaf etdirmək adına və əlaqələrin genişləndirilməsinə faydalıdır.
Qeyd edək ki, sərgidə 95 ölkədən nümayəndələr iştirak edib.
Nəzrin Mirzəyeva