Elon Mask şirkətinin hazırladığı beyin çipi dünyanı dəyişə bilərmi?

Bölmə: Araşdırma › ,
Tarix: 16:35 12.02.2024

Dünyanın ən zəngin adamı olan İlon Mask Marsı koloniyalaşdırmaq planlarından tutmuş böyük şəhərlər altında nəqliyyat əlaqələri qurmaq xəyallarına qədər cəsarətli iddiaları ilə tanınır.

 

Musk, bu yaxınlarda Neuralink şirkətinin ilk simsiz beyin çipini təqdim etdi. O, onu insana uğurla implantasiya etdiyini açıqladı.

 

Bəs, Musk bu texnologiyanın uzunmüddətli perspektivdə bəşəriyyəti xilas edə biləcəyini söyləyərkən haqlı idimi?

 

Beyin toxumasına elektrodların yerləşdirilməsi yeni bir şey deyil. 1960-70-ci illərdə pişiklərdə aqressiv davranışı tətikləmək və ya boğmaq üçün elektrik stimullaşdırılmasından istifadə edilirdi. 2000-ci illərin əvvəllərində meymunlara kompüter ekranında kursoru yalnız öz düşüncələrindən istifadə edərək hərəkət etdirməyi öyrədirdilər. London Kral Kollecinin aktiv implantasiya edilə bilən tibbi cihazların professoru Anne Vanhoestenberghe dedi: “Bu, yeni bir şey deyil, implantasiya texnologiyası yetişdikcə və şirkətlər inkişaf etdikcə onun tapmacanın bütün hissələrinə sahib olduğu və onları birləşdirməyə başlaya biləcəyi bir mərhələyə çatması uzun müddət tələb edir". Bu texnologiyanı təkmilləşdirməyə və kommersiyalaşdırmağa çalışan şirkətlərin və universitetlərin sayı artır. Neuralink onlardan biridir. İlkin məqsəd insult və kompleks nevroloji problemlərin müalicəsinə diqqət yetirməkdir. İnsan beynində təxminən 86 milyard neyron (sinir hüceyrələri) var, bunlar sinapslarla bağlanan sinir hüceyrələridir. Hərəkət, hiss və ya düşüncə anında kiçik bir elektrik impulsu yaranır və sürətlə bir neyrondan digərinə göndərilir. Alimlər bu siqnalların bəzilərini aşkar edə bilən cihazlar hazırlayıblar ki, ya başına taxılan papaqdan, ya da beyinə yerləşdirilmiş kabellərdən ibarət idi. Beyin-kompüter interfeysi (BCI) kimi tanınan bu texnologiya hazırda milyonlarla dollarlıq tədqiqat maliyyəsinin yönəldiyi sahə kimi görünür. Neuralink-in sikkə ölçülü cihazı neyron fəaliyyətini oxuya və qəbuledici bölməyə simsiz siqnal göndərə bilən mikroskopik naqillərlə kəllə sümüyünə implantasiya edilib. Şirkət donuzlar üzərində sınaqlar keçirdi və meymunların"Pong"video oyununun sadə versiyasını oynaya biləcəyini iddia etdi. O, 2023-cü ilin may ayında ABŞ Qida və Dərman İdarəsindən insanlar üzərində sınaq üçün icazə aldı. İndi ilk xəstənin implant aldığını bilirik, lakin detallar azdır.Mask yalnız implantasiya edilmiş şəxsin "sağalmasının yaxşı getdiyini" və ilkin nəticələrin "ümid verici" olduğunu söylədi. Bütün bunlar elmi fantastika kimi səslənsə də, Neuralink bəzi məqamlardan məqsədinə çatmağa çalışır.

 

Aytac Kərimova 

Mənbə: BBCTürk