Vitamin B12 nə edir?

Bölmə: Maraqlı › ,
Tarix: 23:58 21.02.2024

Təbii olaraq heyvan mənşəli qidalarda olan və orqanizmdə qırmızı qan hüceyrələrinin əmələ gəlməsində, sinir hüceyrələrinin sağlam saxlanmasında, hüceyrə mübadiləsində və hüceyrələrin genetik materialı olan DNT molekullarının əmələ gəlməsində rol oynayan bir növ B vitaminidir.

 

İstiliyə həssas və suda həll olunan B12 həm də immunitet sistemini gücləndirir və sinir sisteminin düzgün və sürətli işləməsində fəaliyyət göstərir.

 

Kobalamin olaraq da bilinən B12 vitamini bədən tərəfindən istehsal oluna bilməyən, süd məhsulları, balıq və ət kimi məhsullarda olan, qırmızı qan hüceyrələrinin meydana gəlməsində, beyin və sinir funksiyalarında mühüm rolu olan suda həll olunan bir vitamindir. B12 istehlak edilən qidalardan proteinə bağlanır və mədədə fermentlər və xlorid turşusu tərəfindən sərbəst forma çevrilir.

 

Vitamin B12 çatışmazlığı qidaların udulmasına təsir edən həzm sistemi pozğunluğu olan insanlarda baş verə bilər. B12 vitamini çatışmazlığı anemiyası bədəninizdə kifayət qədər sağlam qırmızı qan hüceyrələri olmadığı zaman baş verir, çünki vücudunuzda B12 vitamini çatışmazlığı var. Müalicə olunmayan B12 vitamini çatışmazlığı anemiya, yorğunluq, nəfəs darlığı və ürək döyüntüsü, əzələ zəifliyi, bağırsaq problemləri, sinirlərin zədələnməsi və əhval pozğunluqlarına səbəb olur.

 

Orqanizmdə az miqdarda anbar olan B12 vitamini olan qidaların çox uzun müddət saxlanmaması və bişirmə müddətinə fikir verilməsi tövsiyə edilir. Bişirmə vaxtının uzadılması və yeməyin temperaturunun artırılması B12 vitamini itkisini artıra bilər.

 

Vitamin B12 nə edir?

 

Vitamin B12 (kobalamin) bədənin qan və sinir hüceyrələrini sağlam saxlamağa kömək edir, DNT-nin qurulmasına kömək edir, sümük, eləcə də saç, dəri və dırnaqların sağlamlığını dəstəkləyir və yorğun və ya zəif hisslərə səbəb olan meqaloblastik anemiyanın qarşısını alır. Bundan əlavə, fol turşusu ilə birlikdə işləyərək milein sintezində mühüm rol oynayan B12 vitamini immunitet sistemini gücləndirir və zülal mübadiləsində iştirak edir.

 

Mənbə: memorial.com.tr

Tərcümə etdi: Gülnisə Əfkari