Xarici qeydiyyatlı avtomobillərin texniki istismarı

Bölmə: Sosial › ,
Tarix: 21:07 27.02.2024

Azərbaycanda say miqdarı ilə xeyli Gürcüstan, Rusiya və bəzi ölkələrin dövlət qeydiyyat nişanlı maşınlar var. Koronavirus pandemiyası səbəbilə quru sərhədlər bağlı olduğu üçün həmin maşınlar ölkələrinə qayıda bilmirlər. Bu maşın sahiblərinə ölkəmizdə möhlət hüququ verilib.

 

Bəs bu avtomobillər texniki baxışdan keçirmi ?

 

Həmin avtomobillərin sığorta prosesi necə həyata keçir?

 

Azərbaycan Respublikası Baş Dövlət Yol Polis İdarəsinin İnspektoru Elvin Hacıyev "İnformator.az"a açıqlamasında suallarımızı cavablayıb:

 

 

"Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində daimi və ya  müvəqqəti qeydiyyatda olan mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələri və qoşquları dövlət texniki baxışa təqdim olunmalıdır. Bununla yanaşı, xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan ölkəmizə gətirilərək yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətin təhlükəzliyi və ətraf mühitin mühafizəsi baxımından  Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında Qanunu eləcə də tərəfdar çıxdığı beynəlxalq sənədlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır".



Nəqliyyat eksperti Aslan Əsədov da bu məsələyə öz fikrini bildirib:

 

 

"Koronavirus pandemiyası zamanı ölkəmizə gələn xarici vətəndaşlar xüsusən də bizim soydaşlarımız ölkəyə səfər edirdilər. Gürcüstanda, Rusiyada olan soydaşlarımız şəxsi maşınları ilə Azərbaycana gəlirdilər. Quru sərhədlər bağlandıqdan sonra bu maşınların öz ölkələrinə qayıtmağı müşkül məsələyə çevrildi. Bu nəqliyyat vasitələrinin texniki baxışı beynəlxalq  təcrübə ilə nizamlanır. Hər bir avtomobil ölkəyə gələrkən ən azı onun illik sığortası olur".

 

Azər Abuşov