Balinalarda menopozun ömrü uzatdığı müəyyən edilib
Bölmə: Maraqlı › ,Tarix: 23:43 14.03.2024
Alimlər dişiləri menopauza keçirən balina növləri üzərində apardıqları araşdırmalarda bu balinaların digərlərindən daha uzun yaşadığını və beləliklə də ailələrinə daha uzun müddət baxa bildiklərini ortaya çıxarıblar.
Elm adamları illərdir yalnız insanlarda və az sayda dəniz məməlilərində müşahidə olunan menopozun təkamül zamanı nə üçün ortaya çıxa biləcəyini anlamağa çalışırlar. Təkamül nöqteyi-nəzərindən, həyatın yarısında çoxalmanı dayandırmaq qeyri-adi seçimdir. Təbiətdəki bir çox növ ölənə qədər çoxalaraq genlərini gələcək nəslə ötürmə şanslarını artırmağa çalışır. Exeter Universitetindən Sam Ellis,yeni araşdırmaya rəhbərlik edən bəzi balina növlərində menopozun daha uzun ömür təmin etdiyini söylədi: “Biz bunun insanlarda oxşar olduğunu görürük. Bizim reproduktiv yaşlarımız ən yaxın primat qohumlarımızın yaşı ilə demək olar ki, eynidir, lakin ömrümüz onlardan xeyli uzundur".
“Nature” jurnalında dərc olunan bu araşdırma elm adamlarının onilliklər ərzində bu sirri açmaq cəhdlərinin sonuncusu idi. Exeter Universitetinin bir qrupunun rəhbərlik etdiyi elm adamları 32 balina növünün ömrünü araşdırdılar. Narval, beluga, qısa qanadlı pilot balina, qatil balina və yalançı qatil balinalar, dişiləri menopauzadan keçən beş növün digər dişli balinalara nisbətən 40 il daha çox yaşadığı müəyyən edilib.
Mənbə: BBCNews
Aytac Kərimova