Neftin qiyməti dəyişəcək?-AÇIQLAMA

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:23 01.04.2024

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0.29% artaraq 1 barelə görə 87.29 ABŞ dolları təşkil edib.

 

Bu hal Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında neft-qaz üzrə ekspert İlham Şaban bildirib ki, dünya birjalarında neft qiymətinin artması Azərbaycan üçün hazırkı şəraitdə göydəndüşmə bir imkandır:

 

"Çünki biz bundan əvvəlki açıqlanan statistikada görürük ki, Azərbaycanda 2024-ci ildə də neft hasilatı azalmaqda davam edir. Azalan neftin həcmlərini ümumi gəlirlə qarşılaşmasında bu qiymətin artımının çox böyük rolu var. Ona görə də, dünya bazarlarında qiymətin artımı Azərbaycan üçün gəlir baxımından artım deməkdir. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycana, baxmayaraq ki, uzun müddət biz iqtisadiyyatımızı şaxələndiririk, ancaq iqtisadiyyatın ən çox gəlir gətirən məhz neftdir.

 

Azərbaycan iqtisadiyyatı neftdən asılı olaraq qalır və yaxın beşillikdə də bu asılılıq qalmaqda davam edəcək. Ona görə də əsas məqsəd Azərbaycan neftindən professional şəkildə istifadə etməyi öyrənməliyik, yəni az həcmdə xərcləməklə daha böyük xidmət və nələrisə yaratmağa qadir olmalıyıq ki, iqtisadiyyatımızı inkişaf edə bilsin və öz artım tempini qoruya bilsin ki, digər sektorlarda inkişaf etsin".

 

 

Mayıl Soltanov