Yeni müharibə: Qərbin məqsədi nədir ?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:19 02.04.2024

Qrodnoya işgüzar səfər zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus müharibəyə hazırlaşır. 

 

“Heç kimə inanmayın ki, biz vuruşmaq istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu mən fikirləşməmişəm. Bu, çox düzgün deyilib”,- deyə Lukaşenko Qrodnoya səfəri zamanı qeyd edib. 

 

Prezidentin sözlərinə görə müvafiq bölmələrin lazımi hazırlığı aparılır, eyni zamanda qoşunlara müxfəlif silah və texnikalar verilir.

 

Müharibə Qafqazda sabitliyi pozacaqmı? Müharibə baş verərsə, Qafqazda hansı dəyişikliklər ola bilər ?

 

Mövzunu “İnformator.az”a şərh edən politoloq Tofiq Abbasov qeyd edir ki, Aleksandr Lukaşenko Qərbin Postsovet məkanında törətdiyi fəsadlara, eskolasiya cəhdlərinə həmişə birmənalı cavab verir:

 

"Aleksandr Lukoşenko müharibə istəmədiyini bildirir, proseslərdən daima ehtiyyat edir. Belarusun kifayət qədər güclü ordusu, hərbi sənaye kompleksi və cəbhəxanası da var. Bu baxımdan elə bir güc yoxdur ki, Lukoşenkanın ordusunu məğlub etsin. Bu proseslərin təkrarını Qafqazda da görürük. Qərb Rusiya Federasiyasının perimetirləri boyunca çalışır ki, yeni gərginlik ocaqları yaratsın, onlardan biri də Qafqazdır. Biz görürük ki, Ermənistana verilən silahlar hücum silahıdır, digər yandan Azərbaycanı təhdid edirlər”. 

 

Politoloq bildirir ki, biz erməniləri Qərbin fitfasına getməməyə çağırırıq:

 

"Burda qurbanın onların olacağını bildirdik. Odur ki, Qərb Postsovet ölkələrində gərginlik yaratmaqla Rusiyanı da bura qatmağa çalışırlar. Təsadüfi deyil ki, Belarus prezidenti müharibə bəyanı verir. Qərb Gürcüstan və Ermənistanı müəyyən yollarla zəiflətsələr də, Azərbaycana bunu edə bilmədilər. Ona görə də hazırda Azərbaycan Qərb üçün güclü bir rəqibə çevrilib. Ona görə də Efmənistanı Azərbaycana qarşı, Belarusa Polşa və Ukraynanı qoya bilirlər. Aleksandr Lukaşenko da başa düşür ki, geri bir addım atmaq olmaz. Çünki o addım atarsa, kritik vəziyyət yaranar”.

 

 

Azər Abuşov