Artıq sağlamlıq arayışı online formada veriləcək

Bölmə: Sosial › ,
Tarix: 22:43 01.05.2024

Bu günə qədər işə düzəlmək və ya sürücülük vəsiqəsi almaq istəyən sürücülər sağlamlıq arayışı əldə etməli idilər. Bu kağızı əldə etmək üçün isə xəstəxanaya yaxınlaşıb qeydiyyat şöbəsində uzun növbələr gözləyirdilər. Artıq bu gündən bu kağızlar tarixə qovuşur, bundan sonra sağlamlıq arayışı online formada veriləcək.

 

Tibbi arayış almaq istəyənlər əvvəlcə ənənəvi qaydada tibb müəssisəsinə müraciət edərək lazımi yoxlanışlardan keçməlidirlər. roses tamamlandıqdan sonra nəticələr toplanır və sistemə yerləşdirilir. Tibbi arayışı elektron formada əldə etmək üçün “E-TABİB” mobil tətbiqi və kabinet.its.gov.az veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır.  

 

 2 Nömrəli şəhər Poliklinikasının həkimi Səidə Dərgahzadə bildirir ki, vətəndaşlar E-təbib təbiqinə daxil olmaqla, özlərinin şəxsi kabinet açmaqla, qeydiyyatdan keçib şəxsi kabinetə daxil olmaqla, QR kodu vasitəsi ilə o arayışı əldə edə bilərlər və müxtəlif yerlərə o arayışı təqdim edə bilərlər.

 

"Qr koda daxil olmaqla o arayışın müddətini də müayinələrini də görürlər və artıq pdf formasında yükləyə bilirlər". 

 

Elektron formada verilən tibbi arayış 1 ay müddətində qüvvədə olacaq. Bu müddət bitdikdən sonra sağlamlıq arayışı əldə etmək istəyənlər yenidən tibb müəssisələrinə müraciət etməlidirlər. Qeyd edək ki, sağlamlıq arayışının rüsumu 40 manatdır.