Türkiyə-Yunanıstan görüşü: "Bu görüşdən çox şey gözləmək olar"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 09:19 15.05.2024
"Türkiyə-Yunanıstan münasibətləri bu gün yaxşıya doğru artan istiqamətdə davam edir. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Mitsotakisin seçilməsindən sonra onların 4-cü görüşüdür".
Bu sözləri "informator.az"a açıqlamasında Ərdoğan və Mitsotakisin görüşünü şərh edərkən politoloq Yusif Bağırzadə deyib. O qeyd edib ki, bu iki dövlət arasında münasibətlər gərgin vəziyyətdə idi:
"1990-cı illərdə 2 dövlət arasında Egey(Yunan)adalarında bu ərazilərin silahsız bir bölgə olması haqqında razılığı, Yunan tərəf pozduğuna və həmin adaları silahlandırdığına görə, eyni zamanda bu 2 dövlət arasında Kipr məsələsi bugünkü günün də belə öz həllini tapmayıb. Bu iki dövlət arasında qarşıdurma, Egey adalarında olan adalarla əlaqəli idi. Ancaq keçən il olan Türkiyədəki fəlakətdən, zərzələdən sonra bu 2 dövlət arasında yaxınlaşma başladı. Həmin vaxt Yunanıstan Türkiyəyə müraciət etdi. Və bu iki dövlət başçısının birinci görüşü Latviada oldu. NATO-nun bir zirvə görüşündə oldu. İkinci görüş isə Amerikanın New York şəhərində BMT-nin bir tədbirində oldu. O vaxt elə Ərdoğan, baş nazir Mitsotakis'i New York şəhərində yeni açılan "Türk Evi" deyilən tədbirə dəvət elədi. Həmin dəvəti Mitsotakis qəbul etdi. O "Türk Evi" deyilən məkana qədəm basdı. Bildiyimiz kimi bu dövlət başçılarının üçüncü görüşü keçən ilin dekabr ayında sayın Ərdoğanın, Yunanıstana rəsmi səfəri oldu. Həmin səfər ərəfəsində iki dövlət arasındakı münasibətlərin normallaşması istiqamətində, yəni orda Türkiyə və Yunan bizness adamların beşinci zirvə görüşü tədbirinə sayın Ərdoğan qatıldı. Ondan sonra orda Yunanıstanda yaşayan türk icmasıyla görüşdü. Türk uşaqları üçün orda türk orta məktəblərinin açılması ilə əlaqədar Yunanıstan dövləti ilə Türkiyə dövləti arasında bir razılaşma oldu. bu dövlətlər arasında gərginləşmə səbəblərindən biri Amerikanın Türkiyəyə f16-ların tədarükü ilə əlaqədar vermək istəməsi idi. Amerikada böyük yunan lobbisi var. Həmin yunan lobbisi, erməni lobbisi ilə birləşərək, Amerika konqresindən Türkiyəyə veriləcək f16-ların modelləşməsi və alqı-satqıları ilə əlaqədar prosesi, kontraktı ləngidirdi. Bu gün həmin mərhələ arxada qalıb".
Politoloqun sözlərinə görə, bu görüşdən çox şey gözləmək olar:
"Bunlardan birincisi, hələ 80ci illərin əvvəllərində Yunanıstanın yenidən NATO-ya üzv olma haqqında müraciətinə Türkiyənin veto qoyması, sonradan indiki Amerikanın dövlət başçısı, o vaxt ki, senator Joe Biden'in 8 dəfə Türkiyəyə gəlməsi, Türk dövlətinə Bülənt Ecevit və Süleyman Dəmirəl'in vaxtında müraciət etməsi və Amerikanın sözünə inanaraq, Türkiyənin geri çəkilməsi və Yunanıstanın yenidən NATO üzvü olması Kipr məsələsi ilə əlaqədardır.
Yunanıstan NATO ittifaqından çıxıb və orda öhdəlik var idi ki, Türkiyə yenidən Yunanıstanın NATO-ya üzv olmasını əngəlləmir, onun müqabilində Yunanıstan Türkiyənin Avropa İttifaqına daxil olmasına köməklik edir. Çünki Avropa İttifaqında Yunanıstanın nüfuzu böyükdür. Orda yunan əsilli böyük məmurlar var, həmçinin Yunanıstan Avropa ittifaqının üzvüdür. Həm Kipr məsələsi, həm Egey adalarında olan məsələ, həm də ki, bu Türkiyənin Avropa İttifaqına üzv məsələsi müzakirə olunacaq.
Bu gün iki dövlət arasında ticariyə dövrəsi 4,1 milyard dollardır. Ancaq hədəf 10 milyarda çatmaqdır. Gələcəkdə bu yaxınlaşma daha da intensiv olacaq. Bundan əlavə bugünkü günü Türkiyədə yerləşən Yunan kilsəsinin daimi istifadəyə verilməsi yəni açılması, yunan kahinlərinin orda ibadət ilə əlaqədar iki dövlət arasında ümumi razılığa gəlməsindən ibarət olacaq".
Aysel Ağakərimova