Alüminium folqa soyuducu rolunu oynayır! Hər iki tərəfin fərqli xüsusiyyətləri var.
Bölmə: Maraqlı › ,Tarix: 22:12 21.05.2024
Mətbəxdə həyat qurtaran məhsullardan biri olan alüminium folqa, xüsusilə, yeməklərin üzlənməsi üçün istifadə olunur. Bəziləri folqanın sağlam olduğunu düşünərkən bəziləri onu mətbəx qapısından belə keçirməmək lazım olduğunu düşünür. Bəs alüminium folqa sağlamdır, yoxsa yox, biz bu məhsuldan düzgün istifadə edirikmi?
Alüminium folqa yırtılmağa və istiliyə davamlıdır. Yeməklərinizin dadını və qida dəyərini qoruyur. Əlavə olaraq; Alüminium folqa iki tərəfə malikdir: parlaq və tutqun. Bəs hansı tərəf nə üçün istifadə olunur?
Yeməkləri bağlamaq üçün alüminium folqa istifadə edirsinizsə, cavab olduqca sadədir: yeməyi təzə saxlamaq üçün alüminium folqanın hər iki tərəfindən istifadə edə bilərsiniz.
Əksər hallarda alüminium folqanın hansı istiqamətdə istifadə olunmasının əhəmiyyəti yoxdur.
Qida qablaşdırmasında alüminium folqanın tutqun və parlaq tərəfi arasında çox da fərq yoxdur
Alüminium folqa haqqında daha incə detalları bilmək istəyirsinizsə, folqanın parlaq səthi tutqun olanlardan daha yaxşı işıq və istiliyi əks etdirir.
Hansı tərəfi istifadə etmək, bükülmüş yeməyin isti və ya soyuq saxlanmasını istəməsindən asılıdır.
Əgər yemək isti saxlanılacaqsa, alüminium folqanın əks etdirici və ya parlaq tərəfi içəridə olmalıdır.
Yeməkləri soyuq saxlamaq lazımdırsa, folqanın tutqun tərəfinin içəridə olması daha yaxşıdır.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova