00:00:00
Yazar
Admin User
19.10.2025 14:34 193 2 dəq oxuma
Mədəniyyət

Akademik Musiqili Teatrda yeni nəfəs: “Sən kralsan”, “Mesenat” və “Zal qızı Zalxa” tamaşaları ilə sənət dolu payız

Akademik Musiqili Teatrda yeni nəfəs: “Sən kralsan”, “Mesenat” və “Zal qızı Zalxa” tamaşaları ilə sənət dolu payız

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı payız mövsümünə üç fərqli ruhda-musiqili, tarixi və tragikomik səhnə əsərləri ilə qədəm qoyur. Ələkbər Tağızadənin quruluşunda hazırlanan “Sən kralsan” müziklı “Rok-n-rollun kralı” Elvis Preslinin həyatını tamaşaçılara təqdim etməyə hazırlaşır. Paralel olaraq, Əli Əmirlinin “Mesenat” əsəri əsasında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazını yeni baxışla səhnəyə gətirmək üçün məşqlər aparılır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova bildirib ki, tamaşa Elvis Presliyə həsr olunub:

 

“Əslində, yəni rejissora bu sualı verərkən o özü istəməyib ki, onun tamaşası haqqında uzun-uzadı onun anotasiyasını, açıb ağardaq. Onun niyyəti odur ki, istəyir bütün tamaşaçılar gəlib tamaşaya canlı-canlı baxsınlar və özləri o qənaətə gəlsinlər. Söhbət elə adından göründüyü kimi, yəni Elvis Presliyə-məşhur ulduz, yəni rokn-rolun kralı Elvis Presliyə həsr olunub. Tamaşada onun keşməkeşli həyatından bəhs olunur. Azərbaycan səhnəsinə rokun-rolu kralını təqdim etmək ideyası necə yaranıb? İdeyası necə yarandığı barəsində elə rejissorun özünün bir müsahibəsi var. Real TV də olub. Əslində daim teatrlar necə deyim, yeni tamaşalar haqqında fikirləşirlər ki, hansı tamaşanı səhnəyə qoyaq və hansı tamaşanı səhnədən çıxaraq və s. Yəni bu mövzuda müzakirələr gedir. Yəni bu əsər haqqında ideya yaranıb. Bu barədə rejissor bütün hamısını detallı şəkildə danışıb. Messenat tamaşası Hacı Zeynalabdin Tağıyevin həyatına yeni baxış gətirir. Bu obrazın məqsədi bu günün auditoriyasına çatmaqdır. Tarixi şəxsiyyətimiz Hacı Zeynalabdin Tağıyev. Özünüz də bilirsiniz ki, Azərbaycan üçün az iş görməyib və onu yeni nəsilə çatdırmaq bizim borcumuzdur. Həm də ki, maraqlısı nədir, mən o mətndə də qeyd etmişəm. Tağıyevin özünün, yəni onun həyatı ilə bağlı, şəxsiyyəti ilə bağlı olan bir tamaşanın sırf Tağıyevin binasında səhnəyə qoyulması və burda nümayişi onun bir mənəvi tərəfi var. Yəni onun haqqında onun teatrında tamaşa olacaq”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər