Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Kommunikasiya direktoru Burhanəddin Duranı ziyarət edib
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy Kommunikasiya Direktoru Burhanəddin Duranı ziyarət edib.
Nazir Ersoy səfərlə bağlı sosial media paylaşımında Duranı yeni vəzifəsi münasibətilə təbrik etdiyini və ona uğurlar arzuladığını bildirib. O qeyd edib ki, görüşdə korporativ kommunikasiya prosesləri, mədəniyyət və turizm sahəsində görülən işlərin qiymətləndirilməsi, beynəlxalq kommunikasiya imkanlarının artırılması və institutlararası əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Burhanəddin Duran isə öz paylaşımında nazir Ersoya təşəkkür edərək bildirib ki, görüşdə ictimai diplomatiya fəaliyyətlərinin daha da effektivləşdirilməsi, “Türkiyə” brendinin və ölkənin mədəni irsinin dünyaya daha güclü formada təqdim olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
TRT Haber
Aişə Mustafayeva