00:00:00
Yazar
Admin User
17.12.2025 17:50 150 2 dəq oxuma
Mədəniyyət

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nadir Hüseynovla bağlı xatirələrini bölüşüb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Nadir Hüseynovla bağlı xatirələrini bölüşüb

Nadir Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, daha çox AzTV-də yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.

 

Nadir Hüseynov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən bildirilib ki, əməkdar müəllim, professor Nadir Hüseynov Universitetimizin ən dəyərli simalarından biri, əvəzolunmaz müəllim, səhnə danışığı üzrə böyük mütəxəssis idi:

 

"Onun vəfatı təkcə ailəsi və yaxınları üçün deyil, həm də bütün Azərbaycan mədəniyyəti və incəsənəti üçün bir itkidir. Nadir müəllim ömrünü sənətə və təhsilə həsr edib. O, Azərbaycanın bir çox xalq artistlərinin, əməkdar artistlərin səhnə danışığı müəllimi olub, onların səhnədə sözə olan münasibətində silinməz izlər qoyub. Nadir Hüseynov səhnə danışığı fənninin sirlərini mükəmməl bilib və tələbələrinə sevə-sevə öyrədib. Nadir Hüseynov yalnız müəllim deyildi, o həm də insanlara örnək olan bir şəxsiyyət idi. Onun sadəliyi, tələbkarlığı və eyni zamanda mərhəməti yüzlərlə tələbələrinin yoluna işıq salıb. O, sənətə, sözə və insanlara verdiyi dəyərlə bir məktəb idi.

 

Bununla yanaşı, o, gözəl bədii qiraət ustası idi. Səsi ilə sözə həyat verən Nadir müəllim yaddaşımızda hər zaman böyük ehtiramla qalacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər