00:00:00
Yazar
Admin User
04.01.2026 15:18 102 2 dəq oxuma
Mədəniyyət

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə "Kral Lir" əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə "Kral Lir" əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanacaq

Akademik Milli Dram Teatrında Xalq artisti, görkəmli sənətkar Nurəddin Mehdixanlının 70 illik yubileyinə həsr olunan, Vilyam Şekspirin “Kral Lir” əsəri əsasında eyniadlı benefis tamaşa hazırlanır.

 

"İnformator.az" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və bəstəkarı Şota Rustavelli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvarelidzeyə məxsusdur. Qeyd edək ki, 2025-ci ilin fevral ayında Akademik Milli Dram Teatrı ilə Şota Rustavelli adına Gürcüstan Milli Teatrı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. “Kral Lir” bu Memorandumun üçüncü mərhələsinin icrasıdır.

 

Əsərin tərcüməçisi və yeni səhnə variantının müəllifi Kamran Nəzirli, quruluşçu və geyim üzrə rəssam Vüsal Əliyev, işıq üzrə rəssam Rafael Vaqifoğlu, rejissor assistenti Nərmin Həsənovadır. Səhnə döyüşü və plastik həll Bəhruz Əhmədliyə məxsusdur.

 

Yeni yaradıcılıq işində Xalq artisti Nurəddin Mehdixanlı (Kral Lir), əməkdar artist Münəvvər Əliyeva (Qoneriliya), aktrisalar İlahə Həsənova (Reqana), Rəbbilə Ələkbərzadə (Kordeliya), Xalq artisti Sabir Məmmədov (Qraf Qloster), əməkdar artist Elnar Qarayev (Edqar), aktyor Tural İbrahimov (Edmund), əməkdar artist Elşən Rüstəmov (Qraf Kent), aktyor Elsevər Rəhimov (Təlxək), əməkdar artist Anar Heybətov (Hersoq Kornual), aktyorlar Elçin Nurəliyev (Hersoq Albani), Əliulla Vəliyev (Fransa kralı), Rəvan Səmədov (Burqundiya hersoqu), Vüsal Mustafayev (Osvald), Kənan Hüseynov, Muhuma Sahov, Rüfət Əhmədov (cəngavərlər) iştirak edirlər.

 

“Kral Lir” tamaşasının əsas ideyası iyerarxik sistemin süqutu, yalan və yaltaqlıqdan kənarda həqiqi dəyərlərin axtarışı, nizamla xaosun toqquşması, eləcə də mənəvi qanunlar və cəzanın labüdlüyü ilə bağlıdır.

 

Tamaşanın premyerası aprel ayında baş tutacaq.

 

Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər